“Beşiktaş” baş məşqçi postunu İtalyanoya tapşırdı
Futbol üzrə Türkiyə Super Liqasında uğursuz mövsümü geridə qoymuş “Beşiktaş” baş məşqçi postuna italiyalı Vinçentso İtalyanonu gətirib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssis bu gün İstanbula gəlib. Tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar. Anlaşmanın müddəti daha sonra açıqlanacaq.
Xatırladaq ki, Vinçentso İtalyano son olaraq İtaliya A Seriyasında mübarizə aparan “Bolonya”nı çalışdırıb. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaqdı. Amma klub rəhbərliyi 2025/2026-cı illər mövsümünün nəticələrini analiz etdikdən sonra İtalyano ilə yola davam etməməyə qərar verib. Sözügedən komanda A Seriyasında 2025/2026-cı illər mövsümünü 56 xalla 8-ci pillədə başa vurub və avrokuboklardan kənarda qalıb.
Vinçentso İtalyano 2024-cü ilin iyun ayından Bolonyanın eyniadlı komandasına rəhbərlik edirdi. Bu müddətdə italyan mütəxəssis “bərkgedənləri”i 107 oyuna çıxarıb, 47 qələbə, 29 heç-həçə, 31 məğlubiyyət yaşayıb. İtalyanonun rəhbərliyi altında “Bolonya” 2024/2025-ci illər mövsümündə İtaliya Kubokunun qalibi olub.
İtalyano daha öncə “Fiorentina”, “Spetsiya”, “Trapani” kimi komandalara da rəhbərlik edib.
“Beşiktaş”ı isə geridə qalmış mövsümdə Sərgən Yalçın çalışdırıb. O, 2025-ci ilin yayından “qara qartallar”a rəhbərlik edirdi. İstanbul təmsilçisi geridə qalmış mövsümdə onun rəhbərliyi altında keçirdiyi 39 oyunda 20 qələbə qazanıb, 10 heç-heçə edib, 9 məğlubiyyətə üzülüb. Komanda Super Liqada mövsümü 4-cü pillədə başa vurub və Konfrans Liqasında iştirak hüququ qazanıb.