Xosep Qvardiola Bernardo Silvanı təriflədi
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in kapitanı, hücumameylli yarımmüdafiəçi Bernardu Silva haqda söhbət açıb.
Arena.az ispan mütəxəssisin 31 yaşlı portuqal futbolçu barədə müvafiq fikrini təqdim edir:
“Bernardo Silvanın varlığı çox vacibdir. O, inanılmazcasına vacibdir. Onun bir neçə əhəmiyyətsiz fəsadı var, amma əzmlə, “mübarizə aparacağam” demişdi”, deyə Xosep Qvardiola razılıqla vurğulayıb.
Yeri gəlmişkən, “Mançester Siti”nin kapitanı ən böyük arzusunu açıqlayıb. Silvanın müvafiq açıqlamasını təqdim edirik:
“Portuqaliya milli komandası ilə dünya çempionu olmaq mənim ən böyük arzumdur”, deyə Silva vurğulayıb.
Xatırladaq ki, Bernardo Silva “Benfika”nın yetirməsidir. 2014-cü ilin avqustunda “Monako”ya icarəyə verilmiş Silva 2015-ci ilin yanvarında tamhüquqlu əsasda knyazlıq klubuna transfer edilib. 2017-ci ilin iyulunda isə “Mançester Siti” 50 milyon avro müqabilində Silvanı heyətinə qatıb. Onun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Silva “Siti”nin heyətində bütün yarışlarda 35 oyuna 2 qol və 5 məhduldar ötürmə ilə fərqlənib. Silvanın “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi belədir: 442 oyun, 74 qol, 78 məhsuldar ötürmə.
Bernardo Silva 2015-ci ilin martında debüt etdiyi Portuqaliya yığmasının heyətində 107 oyuna çıxıb, 14 qol vurub və 29 məhsuldar ötürmə verib. Silva Portuqaliya yığması ilə 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameylli yarımmüdafiəçnin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.