“Barselona” “Real”dan beş yox, cəmi iki xal geri qalır”
“Barselona”nın sabiq prezidenti Xuan Qaspar İspaniya La Liqasının 10 turundan sonra “Real”la aradakı xal fərqi barədə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Qaspar AS nəşrinə verdiyi açıqlamada “Barselona”nın Madrid təmsilçisindən beş yox, cəmi iki xal geri qaldığını bildirib:
“Çempionluq uğrunda rəqabət yalnız növbəti “el klasiko”dan sonra daha aydın görünəcək. La Liqada qalib gəlməyi düşünürüksə, vəziyyət yalnız “Barselona”nın stadionunda keçiriləcək matçdan sonra müəyyənləşəcək”.
“Real” oktyabrın 26-da doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib. Bu nəticədən sonra Madrid təmsilçisi 27 xalla turnir cədvəlində lider mövqedə, “Barsa” isə 22 xalla 2-ci pillədə qərarlaşıb.
The post “Barselona” “Real”dan beş yox, cəmi iki xal geri qalır” appeared first on Komanda.az.