Normal view

Yesterday — 22 May 2026Main stream

Yens Bertel Asku – “Tuluza”nın yeni baş məşqçisi!

22 May 2026 at 13:00

Danimarkalı futbol mütəxəssisi Yens Bertel Asku 2026/2027-ci illər mövsümündən etibarın Fransanın “Tuluza” komandasını çalışdıracaq.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

43 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. O, yeni işinə iyulun 1-dən etibarən başlayacaq.

Asku “Tuluza”nın sükanı arxasında ispaniyalı mütəxəssis Karles Martinesi əvəz edəcək. 42 yaşlı ispan məşqçi 2023-cü ildən bu komandaya rəhbərlik edirdi. “Tuluza” Karles Martinesin rəhbərliyi altında bütövlükdə 120 oyuna çıxıb, 44 qələbə qazanıb, 30 heç-heçə edib, 46 məğlubiyyətə üzülüb.

Yens Bertel Asku isə daha öncə “Vendsissel”, “HB Torshavn”, “Horsens”, “Göteborq”, “Motervell” kimi komandaları çalışdırıb.

Danimarkalı mütəxəssis son olaraq “Motervell”i çalışdırıb. Şotlandiya klubu onun rəhbərliyi altında bütün turnirlərdə 47 oyun keçirib, 23 qələbə qazanıb, 11 dəfə məğlub olub və 13 oyunda heç-heçə edib. “Motervell” mövsümü turnir cədvəlinin 4-cü pilləsində başa vurub.

“Tuluza” isə Liqa 1-də 33 turdan sonra topladığı 44 xalla 10-cu yerdə qərarlaşıb.

❌
❌