Normal view

Today — 1 November 2025Main stream

Patrik Vieyra “Cenoa”dan qovuldu

1 November 2025 at 16:30

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Cenoa” klubu fransalı baş məşqçisi Patrik Vieyra ilə müqaviləyə xitam verib. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya klubu baş məşqçisi ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğunu diqqətə çatdırıb. Klub Vieyraya xidmətlərinə görə…

Source

Vieyra istefaya göndərildi – Rəsmi

1 November 2025 at 15:10

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Komanda.az xəbər verir ki, “Cenoa” Patrik Vieyra ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 49 yaşlı çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilib.

Vieyra 2024-cü ilin noyabr ayında “Cenoa”nın baş məşqçisi postuna təyin olunmuşdu. A Seriyasında 9 turdan sonra qələbəsi olmayan komanda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

The post Vieyra istefaya göndərildi – Rəsmi appeared first on Komanda.az.

❌
❌