Normal view

Today — 29 October 2025Main stream

“İllər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox” – Sabiq futbolçu

29 October 2025 at 14:47

Fransa millisinin və “Barselona”nın sabiq hücumçusu Kristof Düqarri Kataloniya klubunun vingeri Lamin Yamalın “Real” haqqında açıqlamalarına münasibət bildirib.

“Barselona” oktyabrın 26-da, La Liqanın 10-cu turunda “Real”a 1:2 hesabı ilə məğlub olub. Oyundan əvvəl Yamal Madrid təmsilçisini “aldatma və şikayət etməklə” ittiham etmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, “Barselona”nın “el klasiko”da çox zəif oynadığını düşünür:

“Düşünürəm ki, “Barselona” çox zəif oynadı, kifayət qədər yaxşı deyildi. Yamal oyunda istədiyi səviyyədə deyildi. Belə şeylər olur, o, 18 yaşındadır, gəncdir. Konsentrasiyasını itirdi, oyundan əvvəl göstəriş edirdi. Ona görə də, nəticə başadüşüləndir. Yamal “Real”ı fırıldaqçılıqda ittiham edirdi, ola bilsin ki, bu doğrudur, amma illər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox”.

Düqarri əlavə edib ki, Yamal oyunda geriyə ötürmələr verməklə kifayətlənib və tapşırıqları yerinə yetirə bilməyib, ona yorğun görünüb.

“Barselona” hazırda La Liqada 22 xalla turnir cədvəlində 2-ci, “Real” isə 27 xalla lider mövqedədir.

The post “İllər boyu hakimləri “Barselona” aldatmışdı, “Real” yox” – Sabiq futbolçu appeared first on Komanda.az.

❌
❌