Normal view

Yesterday — 31 October 2025Main stream

Amorim: “Bizi çox çətin bir oyun gözləyir”

31 October 2025 at 15:47

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim şənbə günü Premyer Liqada səfərdə baş tutacaq “Nottingem Forest”lə oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səfər matçlarının çətin olduğunu söyləyib:

“Nottingem Forest”in son oyunlarını izlədim. Onların istedadlı oyunçuları var: Morqan Gibbs Uayt, Hadson Odoi, Anderson. Bu matçda “Brayton”la müqayisədə daha az şanslarımız olacaq. Həmçinin, nəzərə almalıyıq ki, evdən kənarda oynamaq bizim üçün daha çətindir, meydandakı vəziyyəti daha yaxşı idarə etməliyik. Hər bir hücum vacibdir. Bizi çox çətin bir oyun gözləyir”.

“Qırmızı şeytanlar” son üç oyunda qalib gəliblər. “Nottingem Forest” isə son 4 liqa oyununda məğlub olub.

The post Amorim: “Bizi çox çətin bir oyun gözləyir” appeared first on Komanda.az.

Before yesterdayMain stream

Şon Dayç – “Nottingem Forest”in yeni baş məşqçisi!

21 October 2025 at 17:00

54 yaşlı futbol mütəxəssisi Şon Dayç İngiltərənin “Nottingem Forest” komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə “meşəçilər”in mətbuat xidməti məlumat yayıb.

İngilis məşqçi yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb. Dayçın “Nottingem Forest”dəki ilk sınağı bu ayın 23-də, Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Portu”ya qarşı oyuna təsadüf edəcək.

Qeyd edək ki, Şon Dayç bu vəzifədə oktyabrın 18-də qovulmuş Angelos Postekoqlunu əvəz edib. Dayç bu ilin yanvarından bəri işsiz idi. O, son olaraq “Everton”u, ondan əvvəl isə uzun illər “Börnli”ni çalışdırıb.

“Nottingem Forest” hazırda Premyer Liqada 8 turdan sonra 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

The post Şon Dayç – “Nottingem Forest”in yeni baş məşqçisi! appeared first on ARENA.AZ.

❌
❌