Normal view

Before yesterdayMain stream

Samir Abasov: “9 oyuna 2 qələbə “Neftçi” üçün azdır”

26 October 2025 at 19:00

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib. Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Qəbələ” çox yaxşı komandadır. Burada oynamaq çətindir.

Source

Samir Abasov: “Bu gün kim qazandı, kim itirdi, demək çətindir”

19 October 2025 at 22:40

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Lliqasının 8-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar alınmış görüşündə qalib müəyyənləşməyib – 2:2.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəsə demək çətindir. Qəliz oyun alındı. Özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra nədənsə, geriyə oturduq. Bunun səbəbi istəkdən irəli gəlmirdi, belə bir planımız da yox idi. Çox top itirdik. Xüsusilə də orta xətdə. Onda da üstünlük rəqibə keçdi və qol vurdular. İkinci hissədə çox şeyi dəyişmək istəyirdik ki, müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi, üstünlük bizdə idi. Bu gün kim qazandı, kim itirdi, demək çətindir. Üzücü olan odur ki, qərarlarımızda çox problem görünürdü. Cərimə meydançasına çatanda səhv qərarlar verirdik. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi, hazırlaşa bilmədik. Amma bu, bəhanə deyil.

1:0-dan sonra müdafiəyə oturmaq tapşırıq deyildi. Bütün planlarımızı qol vurmaq üçün hazırlamışdıq. Fikirləşirdik ki, basqı yaradacağıq. Özüm də niyə bu qədər top itkilərinə yol verdiyimizi bilimirəm. Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik. Heç-heçənin səbəbi 1:0-dan sonra oynadığımız futboldadır”.

Samir Abasov Vensan Abubakarın transferinə də münasibət bildirib:

“Onun gəlişi bizə çox yaxşı təsir göstərəcək. Hər bir futbolçu yanında təcrübəli, keyfiyyətli oyunçu görəndə, onun keyfiyyətinə uymağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Görüşməmişik. Şəxsi söhbətimiz olmayıb. Sabahdan məşqlərə qoşulacaq, danışacağıq. Abubakar rəqiblər üçün də motivasiya ola bilər. Biri var digərlərinə qarşı oynamaq, biri də var Abubakara qarşı yaxşı oynamaq. Bu da bizə bəlkə əks təsir edə bilər. Hücumda problemlərimiz var idi, qol vurmaq problemimiz var idi, onu çözmək baxımından gətirmişik”.

The post Samir Abasov: “Bu gün kim qazandı, kim itirdi, demək çətindir” appeared first on ARENA.AZ.

❌
❌