Normal view

Before yesterdayMain stream

Samir Abasov: “9 oyuna 2 qələbə “Neftçi” üçün azdır”

26 October 2025 at 19:00

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib. Arena.az xəbər verir ki, bu gün Qəbələdə keçirilmiş oyun “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Qəbələ” çox yaxşı komandadır. Burada oynamaq çətindir.

Source

“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” – Samir Abasov

26 October 2025 at 18:56

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 9-cu turu çərçivəsində səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Qəbələdə oynamaq çətindir. Birinci hissə bunu göstərdi. “Qəbələ” bütün rəqiblərinə qarşı üstün futbol oynayıb. Hər futbolçu nə etmək lazım olduğunu yaxşı bilir. Öz oyunçularıma minnətdaram. Bilirdik ki, futbolçular ikinci hissədə açılışacaq. Heyəti də buna uyğun qurmuşduq. Azarkeşlərimizə təşəkkür edirəm. Yolumuza davam edirik.

Daim burada məşq edən komandanın üstünlüyü bizdən çoxdur. Mərkəzi möhkəmləndirməklə rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Bu atmosferdə, havada onu ilk dəqiqələrdən meydana buraxa bilməzdik. Hazırlıq səviyyəsinin nə qədər olduğunu bilirik. Düşünürəm ki, hər şey yaxşı alındı. Elvin buranı tanıyır, Kuç da uzun müddətdir bizimlədir. Onlar da bizim oyunçulardır. Həmişə Sessi oynayacaq deyə bir şey yoxdur. Bütün futbolçular hazır olmalıdır, oynamalıdır. Mənə futbolçuların hamısının yaxşı formada olması lazımdır. Abubakar təcrübəsini göstərdi. İkinci hissədə rəqibə epizod vermədik. Elə futbolçular var ki, 45 dəqiqə meydanda qalır, məşqçi hər an ondan nəsə edəcəyini gözləyir. Abubakar həmin futbolçulardandır. Onun kimi oyunçularla bağlı qərarı sırf fiziki durumuna görə vermək düzgün deyil. Amma istədiyimiz odur ki, Abubakar 90 dəqiqə oynamağa hazır olsun.

  • Qəbul edirəm ki, 9 tur ərzində 2 qələbə “Neftçi” üçün azdır. Amma biz durmadan təhlillər edirik. İlk 2-3 oyunda tam ideal vəziyyətdə deyildik. Nə itirdiksə, orda itirdik. Yaxşı oynayıb heç-heçə etdiyimiz matçlar da problemli görünmür. İlk oyunlarda qələbə qazana bilsəydik, bəlkə də bu gün ən yüksək yerlərdə idik. Özünüz də görürsüz ki, hər turda nə qədər heeç-heçələr olur. Bu, normal bir şeydir, belə də davam edəcək. Biz isə işimizi ancaq qalib gəlmək üçün quracağıq”.

The post “9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” – Samir Abasov appeared first on Komanda.az.

Samir Abasov: “Bu gün kim qazandı, kim itirdi, demək çətindir”

19 October 2025 at 22:40

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Lliqasının 8-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların məhsuldar alınmış görüşündə qalib müəyyənləşməyib – 2:2.

Samir Abasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Nəsə demək çətindir. Qəliz oyun alındı. Özümüzə də anlaşılmaz qalan bəzi şeylər oldu. 1:0 udurduq, o vaxta kimi çox yaxşı oynayırdıq, üstünlük bizdə idi. Qol vurandan sonra nədənsə, geriyə oturduq. Bunun səbəbi istəkdən irəli gəlmirdi, belə bir planımız da yox idi. Çox top itirdik. Xüsusilə də orta xətdə. Onda da üstünlük rəqibə keçdi və qol vurdular. İkinci hissədə çox şeyi dəyişmək istəyirdik ki, müdafiəçimizin səhvindən qol buraxdıq. İkinci hissə başlayanda planlar nə idisə, sona qədər elə oynadıq. Futbolçular ruhdan düşmədilər. Epizodlarımız var idi, üstünlük bizdə idi. Bu gün kim qazandı, kim itirdi, demək çətindir. Üzücü olan odur ki, qərarlarımızda çox problem görünürdü. Cərimə meydançasına çatanda səhv qərarlar verirdik. Bu həftə birlikdə çox məşq etmədik. Millidə olan oyunçularımız var idi. Bu vaxta kimi hazırlaşdığımız kimi, hazırlaşa bilmədik. Amma bu, bəhanə deyil.

1:0-dan sonra müdafiəyə oturmaq tapşırıq deyildi. Bütün planlarımızı qol vurmaq üçün hazırlamışdıq. Fikirləşirdik ki, basqı yaradacağıq. Özüm də niyə bu qədər top itkilərinə yol verdiyimizi bilimirəm. Öyündüyümüz müdafiə xəttində səhvə yol verdik. Heç-heçənin səbəbi 1:0-dan sonra oynadığımız futboldadır”.

Samir Abasov Vensan Abubakarın transferinə də münasibət bildirib:

“Onun gəlişi bizə çox yaxşı təsir göstərəcək. Hər bir futbolçu yanında təcrübəli, keyfiyyətli oyunçu görəndə, onun keyfiyyətinə uymağa çalışır. Abubakarla danışmağa vaxtımız olmayıb. Görüşməmişik. Şəxsi söhbətimiz olmayıb. Sabahdan məşqlərə qoşulacaq, danışacağıq. Abubakar rəqiblər üçün də motivasiya ola bilər. Biri var digərlərinə qarşı oynamaq, biri də var Abubakara qarşı yaxşı oynamaq. Bu da bizə bəlkə əks təsir edə bilər. Hücumda problemlərimiz var idi, qol vurmaq problemimiz var idi, onu çözmək baxımından gətirmişik”.

The post Samir Abasov: “Bu gün kim qazandı, kim itirdi, demək çətindir” appeared first on ARENA.AZ.

❌
❌