Toral Bayramov “Bursaspor”u niyə seçib? – VİDEO
Futbol üzrə Azərbaycan milli komandasının əsas heyət üzvlərindən olan Toral Bayramov AFFA-nın “Sənin sualın” rubrikasında iştirak edib.
Arena.az xəbər verir ki, cinah oyunçusu azarkeşlərin suallarını cavablandırıb.
Toral karyerası ərzində ən çətinlik çəkdiyi iki futbolçunun adını çəkib. O, vaxtilə Marsel “Olimpik”ində çıxış etmiş Cengiz Ünderi, eləcə də “Frayburq”a qarşı matçda mübarizə apardığı Ritsi Doanı fərqləndirib.
Toral Bayramov bu yay “Qarabağ”dan ayrılaraq Türkiyənin “Bursaspor” klubuna keçməsinin səbəbini də açıqlayıb:
“Azərbaycanı xaricdə təmsil etmək istəyirdim. “Bursaspor” böyük tarixi və azarkeşləri olan klubdur. Qərar verdim ki, vaxtdır. İnşallah, uğurlu olar”.
Xatırladaq ki, 2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.
Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 40 oyunda 5 qola imza atıb, 3 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.