Normal view

Yesterday — 4 July 2026Sport-AZ

Öpürəm, Kabo Verde!

4 July 2026 at 15:45

Uşaqlıqdan qalan ənənədi – DÇ-lərdə Argentina, AÇ-lərdə İspaniyaya azarkeşlik edirəm.

Kabo Verde ilk oyunda “La Roja”dan xal aldı. 3 “sülh” ilə pley-offa yüksəldi.

Dünən Argentina əllərindən gücbəla qurtuldu…

***
DÇ başlayandan ən xoşladığım futbolu Kabo Verde və Mərakeş oynayıb.

DÇ iştirakçıları haqda yeganə məqalə yazdığım ölkə də Kabo Verdedir. Ölkənin hekayəsi xoş təsir bağışlamışdı deyə…

Təkcə Çezaria Evoranon “Besame mucho” ifasına görə sevilməyə dəyər ölkə…

Qoy okeanın biləyində qumlu sahillərlə bələnən bu ilğım vətən sülhü ilə qanıqara dünyanın əhvalına “öpüş qondursun”…

Elçin Cəlilov

P.S.

16 yaşlı meksikalı Konselo Velaskes ikinci cahan müharibəsi başlayanda bəstələdiyi “Besame Mucho”nu (Məni çox (doyunca) öp) yazarkən hələ heç kimi öpməmişdi…

❌
❌