“Neftçi” bombardirlə danışıq aparır
12 June 2026 at 11:25
“Neftçi” hücumçusu Bassala Sambunu komandada saxlamaq istəyir.
Futbolpress.az-ın məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidub futbolçunun çıxışından razıdır və onun klubda qalmasının tərəfdarıdır.
Paytaxt təmsilçisi artıq Sambu ilə danışıqlara start verib. Forvarda iki illik müqavilə təklif olunub. 28 yaşlı hücumçu özü də “Neftçi”də qalmağa müsbət yanaşır.
Hücumçu 2025-ci ilin fevralından “ağ-qaralar”n formasını geyinir. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 27 oyunda 11 qol vurub və komandanın bombardiri olub.
Şahin Cəfərov