Normal view

Yesterday — 6 June 2026Sport-AZ

Paolo Vanoli “Fiorentina”dan getdi – Rəsmi

6 June 2026 at 23:30

Futbol üzrə İtaliya A Seriyasında uğursuz mövsüm (2025/2026) keçirmiş “Fiorentina” baş məşqçisi Paolo Vanoli ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssisin müddəti başa çatmış müqaviləsi yenilənməıyib. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“Bənövşəyilər” ötən mövsümü A Seriyasında 15-ci yerdə başa vurublar. Florensiya təmsilçisi keçirdiyi 38 matçda 9 qələbə qazanıb, 15 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb. Komanda həmçinin Avropa Konfrans Liqasının 1/4 finalına yüksəlsə də, bu mərhələdə İngiltərənin “Kristal Pelas” komandasına məğlub olaraq mübarizəni dayandırıb.

Paolo Vanoli 2025-ci ilin noyabr ayından “Fiorentina”ya rəhbərlik edirdi. 53 yaşlı mütəxəssis bu komandanı 38 oyuna çıxarıb, 14 qələbə, 11 heç-heçə, 13 məğlubiyyət görüb.

Vanoli daha öncə “Torino”, “Venesiya”, “Spartak” (Mosvka) komandalarına, həmçinin İtaliyanın U-16, U-18 və U-19 yığmalarına da rəhbərlik edib.

Vanoli dönəmi bir ay çəkdi

6 June 2026 at 16:15

“Fiorentina” baş məşqçisi Paolo Vanoli ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müddəti başa çatan müqavilə uzadılmayıb.

“Fiorentina” A Seriyasında mövsümü 15-ci sırada bitirib. Vanoli maydan komandaya rəhbərlik edirdi.

❌
❌