Normal view

Today — 15 May 2026FutbolPress.Az

“Zirə” legioneri ilə vidalaşacaq

15 May 2026 at 09:15

“Zirə” yayda müdafiəçi Stefan Aka ilə vidalaşacaq.

Futbolpress.az-ın məlumatına görə, 35 yaşlı futbolçu ilə müddəti bitən anlaşma yenilənməyəcək.

Aka 2023-cü ilin avqustundan “Zirə”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 13 oyunda forma geyinib. Müdafiəçinin müqaviləsi yayda başa çatır.

Stefan karyerası ərzində Rumıniyada “Krayova”, Türkiyədə “Erzurumspor”, İsraildə “Kiryat”, “Ness Ziona” klublarında çıxış edib.

Şahin Cəfərov

❌
❌