Normal view

Yesterday — 21 May 2026FutbolPress.Az

“Neftçi” Azərbaycan Kubokunu qazandı

21 May 2026 at 18:42

Futzal üzrə Azərbaycan Kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Neftçi” İK və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib. Matç “Neftçi”nin qələbəsiylə başa çatıb – 5:3.

30-cu Azərbaycan kubokunu qazanan “Neftçi” İK bu göstəricidə vahid liderdir. “Ağ-qaralar” qazandıqları kubokların sayını 8-ə çatdırdı. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Final oyununun hakimlərinə və hakim-inspektora diplom, matçın ən yaxşı futzalçısı – Markus Viniciusa xatirə hədiyyəsi, “Araz-Naxçıvan” və “Neftçi”nin üzvlərinə müvafiq olaraq gümüş və qızıl medallar, həmçinin “Neftçi” komandasına Azərbaycan kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abbasov və AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov təqdim ediblər.

Azərbaycan Kubokunda final günü

21 May 2026 at 11:06

Bu gün futzal üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək.

Futbolpress.az xəbər verir ki, həlledici matçda son çempion “Araz-Naxçıvan” gümüş medalçı “Neftçi” İK ilə qarşılaşacaq.

Görüş saat 16:00-da start götürəcək.

21 may

16:00. “Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Hidayət Feyzullayev
Bakı İdman Sarayı

❌
❌