Normal view

Before yesterdayMain stream

Robben: “Bayern” demək olar ki, məğlubedilməzdir”

26 October 2025 at 13:00

“Bayern”in niderlandlı keçmiş hücumçusu Aryen Robben Münhen komandasının cari mövsümdəki çıxışını qiymətləndirib. Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir: “Bayern”də işlər yaxşı gedir. Mənə, onların yatımlı oyunu xüsusilə xoş gəlir. Komanda işləyir, hamı əla müdafiə olunur. “Bayern” demək olar ki, məğlubedilməzdir”, deyə Robben vurğulayıb. Xatırladaq ki, “Bayern”…

Source

Rahil Məmmədov Finlandiyada əməliyyat olundu

26 October 2025 at 11:00

Azərbaycan millisinin Ukrayna ilə oyuna hazırlığı zamanı zədələnmiş “Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov əməliyyat olunub. Arena.az bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilir ki, müdafiəçiyə budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu qoyulub. Cərrahiyyə əməliyyatı Finlandiyanın Pihlajalinna klinikasında yerinə…

Source

Leandro Andrade ilkə imza atdı, Yan Sorenseni geridə qoydu

23 October 2025 at 12:30

UEFA Çempionlar Liqasının “Atletik”lə səfər matçı “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade üçün əlamətdar olub. Arena.az xəbər verir ki, kabo-verdeli futbolçu unikal nailiyyətə imza atıb. O, bunu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”lə oyunun 48-ci saniyəsində qol vurmaqla bacarıb. 26 yaşlı oyunçu Bilbaodakı matçın startında hesabı açıb.

Source

Qurban Qurbanov: “Məğlub olmamaq şansımız var idi”

22 October 2025 at 23:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gəliblər. Oyun meydan sahiblərinin 3:1 hesablı əzmkar qələbəsiylə yekunlaşıb.

Source

Miçel Madeyra: “Qarabağ” səfər oyunlarında daha təhlükəlidir”

22 October 2025 at 15:00

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın ispaniyalı sabiq yarımmüdafiəçisi Miçel Madeyra “Ondavasca” nəşrinə açıqlama verib. Arena.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu UEFA Çempionlar Liqasının bu gün keçiriləcək “Atletik” – “Qarabağ” oyunundan əvvəl fikirlərini bölüşüb. O, vaxtilə “Qarabağ”da beş il çıxış etdiyini xatırladıb: “Burada gözəl illərim olub. Mən klubu…

Source

Qurban Qurbanov: “Atletik”in tempinə davam gətirməliyik”

21 October 2025 at 22:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Qurban Qurbanov bu gün İspaniyada təşkil edilmiş mətbuat konfransında fikirlərini…

Source

“Qarabağ” Bilbaoya yollanır

20 October 2025 at 15:30

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”in qonağı olacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.

Arena.az xəbər verir ki, komanda saat 18:00-da çarter reysi ilə səfərə çıxacaq.

Sabah – oktyabrın 21-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Tədbirdə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Yeri gəlmişkən, Bilbao təmsilçisi oyun üçün Azərbaycan klubuna 600 bilet ayırıb. Artıq 400-ə yaxın bilet satılıb.

Bu vacib oyun ərəfəsində Ağdam klubunun heyətində itki var. Musa Qurbanlı zədə səbəbindən “Atletik”lə matçı buraxacaq. 23 yaşlı hücumçunun dizində ağrılar var. O, Azərbaycan millisinin düşərgəsindən qayıdandan sonra dizində ağrılar hiss edib və iki həftəlik müalicəyə ehtiyacı olduğu müəyyənləşib.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də Bilbaodakı “Estadio de San Mames”də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

The post “Qarabağ” Bilbaoya yollanır appeared first on ARENA.AZ.

❌
❌