Normal view

Today — 17 December 2025Main stream

Luka Modriç: “A Seriyası çox sərt və rəqabətli liqadır”

17 December 2025 at 15:00

Xorvatiya yığmasının və “Milan”ın 40 yaşlı ulduz mərkəz yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyası haqda qənaətini açıqlayıb.

Arena.az veteran ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Hüdudlarından kənarda olmaqla, siz, güman ki, İtaliya A Seriyasının nə qədər mürəkkəb olduğunu anlamırsınız. Amma sizi əmin edirəm, bu, çox sərt və rəqabətli liqadır”, deyə Modriç vurğulayıb.

Xatırladaq ki, Modriç 2025-ci ilin yayında “Real”dan azad agent qismində “Milan”a qoşulub. Tərəflər 1 illik – müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Modriç “Milan”da “14” nömrə altında çıxış edir. O, İtaliya klubunun heyətində 17 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Luka Modriç Zaqreb “Dinamo”sunun məzunudur. Yarımmüdafiəçi karyerası ərzində həmçinin “Zrinski” (Mostar), “İnter” (Zapreşiç), “Tottenem” və “Real”da oynayıb.

Modriç 2012-ci ildən “Real”da çıxış edirdi. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 597 oyun, 43 qol, 95 məhsuldar ötürmə.

Luka Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 194 oyuna çıxıb, 28 qol vurub, 31 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Before yesterdayMain stream

Modriç: “İtaliyada çox sərt və rəqabətli liqa var”

12 December 2025 at 21:31

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç İtaliya A Seriyasının səviyyəsi barədə fikirlərini bölüşüb. O, “qırmızı-qaralar”a yayda “Real”dan azad agent kimi keçib.

Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, xorvatiyalı futbolçu İtaliyada çox sərt və rəqabətli liqa olduğunu bildirib:

“İtaliyada çox sərt və rəqabətli liqa var. Amma bu məni təəccübləndirmədi, çünki mən buna hazır idim. Uşaqlıqdan A Seriyası oyunlarını izləyirdim və uzun müddət bu çempionata diqqətlə baxırdım. Ona görə də, buradan nə gözləyəcəyimi bilirdim”.

40 yaşlı yarımmüdafiəçinin “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq. O, cari mövsümdə 14 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

The post Modriç: “İtaliyada çox sərt və rəqabətli liqa var” appeared first on Komanda.az.

❌
❌