Normal view

Before yesterdayMain stream

Anri “Çelsi”nin əsas fəsadını açıqladı

14 December 2025 at 14:00

Futbol üzrə Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri İngiltərənin “Çelsi” klubunun əsas fəsadı ilə bağlı qənaətini açıqlayıb.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Çelsi”nin, rəqibin müdafiəsini Koul Palmersiz yarmaq üçün alətləri yoxdur. Onların hücumameyilli oyunçularından kiminsə Palmer səviyyəsində olduğunu düşünmürəm. bəzi futbolçuları isə artıq, yorulmuş gözə dəyirlər”, deyə Anri vurğulayıb.

Xatırladaq ki, “Çelsi” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümündə 16 oyuna topladığı 28 xalla 4-cü pillədə qərarlaşıb. “Zadəganlar” 16 oyunda 8 qələbə qazanıblar, 4 heç-heçə və 4 məğlubiyyət görüblər.

London təmsilçisi UEFA Çempionlar Liqasında da 6 oyuna 10 xal toplayıb və 13-cü sırada qərarlaşıb. “Zadəganlar” bu görüşlərdə 3 qələbə qazanıblar, 1 heç-heçə ediblər, 2 məğlubiyyətə üzülüblər.

Anri Salahı tənqid etdi

13 December 2025 at 14:00

Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri, “Liverpul”un 33 yaşlı misirli ulduz hücumçusu Məhəmməd Salahı tənqid edib.

Arena.az veteran futbolçunun müvafiq fikrini təqdim edir:

“Mənim də məşqçilərimlə fəsadlarım olub… Amma bu haqda ictimai surətdə danışdığımı eşitmisinizmi? Heç vaxt. Klubumu qorumuşam. Hər şeyi komanda daxilində çözmək gərəkdir, əgər getmək və fikrini demək istəyirsənsə, bunu uyğun vaxtda etmək gərəkdir”, deyə Anri vurğulayıb.

Xatırladaq ki, Salah əsas heyətdə yerini itirdiyindən, “qırmızılar”ın niderlandlı baş məşqçisi Arne Slotu ictimai surətdə tənqid etməsilə gündəmə gəlib. Bununla da o, uğursuzluqlar zolağında çabalayan “Liverpul”da böyük fəsad yaradıb.

Hazırda Salahın karyerasını Səudiyyə Ərəbistanında və ya MLS-də davam etdirəcəyi barədə xəbərlər dolaşmaqdadır. Hətta bəzi Avropa nəhənglərinin də onu öz heyətinə qatmaqda maraqlı olduğu bildirilir. Bunlardan birinin də Almaniya çempionu “Bayern” olduğu bildirilirdi. Lakin Münhen təmsilçisinin idman direktoru Maks Eberl müvafiq keçiddə maraqı olmadıqlarını bildirib:

“Məhəmməd Salah? Bizim görkəmli istedadımız var – Lennart Karl. Onun yolu üzərinə kimisə qoymaq, hazırda tamamilə mənasızdır”, deyə alman mütəxəssis vurğulayıb.

MLS-in rəhbəri Don Qarber isə Məhəmməd Salahın bu liqaya mümkün keçidi ilə bağlı sualı belə cavablayıb:

“Əgər Salah nə vaxtsa MLS-ə keçməyə qərar versə, biz onu sevinclə qəbul etməyə hazırıq”.

Tyerri Anri: “Xabi Alonsoya yazığım gəlir”

12 December 2025 at 15:00

Futbol üzrə Fransa yığmasının keçmiş hücumçusu Tyerri Anri Madrid “Real”ının ispaniyalı baş məşqçisi Xabi Alonsoya acıdığını dilə gətirib.

Arena.az keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Xabi Alonsoya yazığım gəlir. Onun “Bayer”də müvəffəq olduqlarını hamı görüb. O vaxt o, onu dinləməyə hazır olan, tələblərinə əməl edən bir komandanı çalışdırırdı”, deyə Tyerri Anri vurğulayıb.

Braziliyalı əfsanəvi futbolçu Rivaldo da Xabi Alonsonun Madrid klubundan mümkün gedişinə münasibətini açıqlayıb:

“Ümidvaram ki, Xabi Alonso “Real”da qalacaq. O, əla məşqçidir və Almaniyada əla iş görüb. Amma o, getməyə qərar versə, “Liverpul”a keçidi əla seçim olar”, deyə Rivaldo vurğulayıb.

Xatırladaq ki, “Real”ın son uğursuzluqaları mənzərəsində Xabi Alonsonun istefası gündəmdədir.

Madrid təmsilçisi İspaniya La Liqasında keçirdiyi 16 oyunda 36 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. Komanda bu oyunlarda 11 qələbə qazanıb, 3 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Real” 6 oyuna 4 qələbə qazanıb, 2 məğlubiyyətə üzülüb. 12 xala malik İspaniya nəhəngi 7-ci pillədə qərarlaşıb.

❌
❌