Normal view

Today — 4 February 2026Main stream

Azərbaycanda iki federasiya su idman növlərinin inkişafı üçün birlikdə çalışacaq

4 February 2026 at 15:34

Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Triatlon Federasiyası arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb.

Futbolpress.az xəbər verir ki, federasiyalar ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi nəzərdə tutulur.

Eyni zamanda, üzgüçülük və triatlonla məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq ekspertlərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseyinov imzalayıblar.

Milli üzvü əməliyyat olundu

4 February 2026 at 11:42

Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

Futbolpress.az xəbər verir ki, çiyin nahiyyəsindən uğurlu əməliyyat keçirən güləşçimiz 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.

 

Yesterday — 3 February 2026Main stream

Azərbaycanlı hakim Səudiyyə Ərəbistanı çempionatına təyinat aldı

3 February 2026 at 16:54

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.

Futbolpress.az xəbər verir ki, beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək. Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.

Before yesterdayMain stream

Millinin hazırlığı başladı

2 February 2026 at 16:45

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Futbolpress.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.

Millidə yeni məşqçilər

2 February 2026 at 13:49

Azərbaycan Cüdo Federasiyası (ACF) istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib.

Futbolpress.az xəbər verir ki, qərara əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət yığma komandanın, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığma komandanın məşqçisi vəzifəsinə təyin edilib.

Hər iki mütəxəssis aktiv idmançı karyerasını başa vurduqdan sonra Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə peşəkar bilik və bacarıqlarını artırıb, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasını (IJF Academy) uğurla tamamlayıb.
Orxan Səfərov həmçinin Yaponiyanın Tokai Universitetində bir aylıq məşqçi hazırlıq proqramında iştirak edərək müasir məşq metodologiyaları üzrə praktiki təcrübə qazanıb. Hal-hazırda da BCF Akademiyasında 2-ci səviyyə məşqçilik kursunda təhsil alır. Paralel olaraq ACF-də təhsil eksperti kimi fəaliyyət göstərir, yerli məşqçilər və idmançıların peşəkar inkişafına töhfə verir. Azərbaycan İdman Akademiyasında tədris prosesində iştirak edir, nəzəri və praktiki dərslər aparır.

Tərlan Kərimov ölkədə idmanın təbliği, gənclərin və uşaqların sağlam həyat tərzinə cəlb olunması və idmana inteqrasiyası istiqamətində aktiv fəaliyyət göstərir. Azərbaycan Cüdo Federasiyasının ölkə məşqçilərinin peşəkar inkişafı ilə əlaqədar təhsil fəaliyyətlərində aktiv iştirak edir.

Qeyd edək ki, hər iki məşqçi “İstedadların seçimi” turnirlərində fərqlənərək “Gələcəyin ümidləri” təlim proqramına seçilmiş yeniyetmə cüdoçularla çalışacaq, onların texniki-taktiki bacarıqlarının və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli fəaliyyət göstərəcək.

Nuruşov cavabını nokautla verdi – VİDEO

2 February 2026 at 08:39

Azərbaycan MMA döyüşçüsü Məhəmmədəli Nuruşov növbəti görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, o, Özbəkistanda “Octagon 84” turundən yerli döyüşdü Şahzod Uzoqovla qarşılaşıb. Nuruşov rəqibini nokautla məğlub edib.

Azərbaycanlı döyüşçü peşəkar karyerasında ikinci qələbəsini qazanıb.

Görüşdən öncə özbəksitanlı idmançı Nuruşovun üzərinə ani qışqıraraq, onu diksindirib. Daha sonra onu qıcıqlandıran hərəkətlər edən özbəkin döyüşdə nokautla məğlub olması sosial mediada geniş yayılıb.

Quluzadə Tunisə yollandı

1 February 2026 at 15:28

Stolüstü tennisçi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq.

Futbolpress.az xəbər verir ki, seçmə komandanın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yola düşüb. Quluzadə, fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək “WTT Youth Contender Tunis 2026”, fevralın 6-dan 8-dək isə “WTT Youth Star Contender Tunis 2026” yarışlarında bacarığını göstərəcək.

Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.

❌
❌