İsveçli hücumçu “Arsenal”ın ən yaxşısı seçildi
“Arsenal”ın hücumçusu Viktor Qyokereş yanvar ayının ən yaxşı oyunçusu adına layiq görülüb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçli forvard azarkeşlərin səsverməsində 48 faiz səslə digər namizədləri – Qabriel Jezus, Martin Subimendi və Qabriel Martinellini qabaqlayıb.
Qyokereş ötən ay “topçular”ın heyətində 8 oyunda iştirak edib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun komandası hazırda Premyer Liqada 53 xalla turnir cədvəlinə başçılıq edir.
Mikel Artetanın rəhbərlik etdiyi “Arsenal” növbəti turda “Sanderlend”i qəbul edəcək.
The post İsveçli hücumçu “Arsenal”ın ən yaxşısı seçildi appeared first on Komanda.az.