Normal view

Today — 13 February 2026Main stream

Yeni transfer: “Mənimçün vacib olan budur”

13 February 2026 at 19:58

“Sumqayıt” son olaraq Trnava “Spartak”ında çıxış etmiş hücumçu Sedrik Badolonu heyətinə qatıb. 28 yaşlı Burkina Faso millisinin üzvü ilə 2026/27 mövsümünün sonunadək + 1 il şərtiylə anlaşma əldə olunub.

Afrikalı futbolçu “Futbolpress.az“a açıqlamasında “kimyaçılar”a keçidi haqda fikirlərini bölüşdü:

“Hər şey qaydasındadır. Burda məni çox yaxşı qarşıladılar. Təklif alanda çox düşünmədim. Azərbaycan futbolu haqda məlumatım var idi. Düşünürəm ki, burda futbolun səviyyəsi yaxşıdır. Azərbaycanın Avropa arenasında oynayan klubları var. Daha əvvəl “Şerif”də oynayanda “Zirə”yə qarşı matçda şans qazanmışdım. Həmin oyunda rəqibimiz daha çox atletik futbola üstünlük vermişdi və çətinlik yaşamışdıq”.

Badalo “Sumqayıt”dakı hədəflərinə toxunub:

“Liqaya yeni gəlmişəm. İndi çox şey danışa bilmərəm. Lakin bilirəm ki, burda futbolun səviyyəsi yaxşıdır. Komandaya hədəflərinə çatmağa kömək etmək istəyirəm. Mənimçün vacib olan budur. Necə alınacağını görəcəyik”.

Şahin Cəfərov

❌
❌