Normal view

Today — 27 March 2026Main stream

Bakıda portuqallarla sınaq: millinin qrup şansları necədir?

27 March 2026 at 11:24

Azərbaycanın U-21 yığması Avro-2027-nin seçmə mərhələsində bu gün Portuqaliyadan olan həmyaşıdlarını qəbul edəcək. “Neftçi Arena”da baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

B qrupunda yer alan Azərbaycanın U-21 yığması 5 turdan sonra 5 xalla qrupda 6 komanda arasında 5-cidir. Millinin yeganə qalibiyyəti son turda Cəbəllütariqə qarşı olub – 1:0. Digər matçlarda 2 heç-heçə edən yığma 2 dəfə də uduzub.

U-21 Portuqaliyaya qarşı ilk matçda böyük hesabla məğlub olub. Ötən ilin sentyabrında səfərdə baş tutan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsiylə başa çatıb.

Milli qrupda 5 qol vurub, 14-nü buraxıb. Lider Portuqaliyadan 8 xal geri qalan milli ikinci çexlərdən də 5 xal arxadadır. Qarşıda 5 oyun var və hələ şanslar davam edir.

U-21 Portuqaliyadan sonra Bolqarıstanla səfərdə qarşılaşacaq. Daha sonra Çexiyanı qəbul edəcək yığma Şotlandiyanın qonağı olacaq. Son görüş Bakıda Cəbəllütariqə qarşı olacaq. İndiki məqamda qrupda favorit Portuqaliya və Çexiyadır. Çexiyaya səfərdə 0:5 hesabıyla uduzmaq millini rəqibdən şəxsi duellərdə geridə saxlayır.

Milli Bolqarıstandan Bakıda xal alıb, Şotlandiyaya son dəqiqələrdə buraxılan qollarla məğlub olub. Bolqarıstan və Cəbəllütariqə qalib gəlmək, şotlandlardan və çexlərdən xallar almaq milli adına tarixi nəticəyə imza atdıra bilər.

Azərbaycan yığması Portuqaliya ilə üz-üzə

27 March 2026 at 09:36

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik eetdiyi kollektiv Portuqaliya yığması ilə qarşılaşacaq. “Neftçi Arena”da baş tutacaq görüşə saat 15:00-da start veriləcək.

Azərbaycan millisi B qrupunda 5 xalla 5-ci sıradadır. Portuqaliya isə 13 xalla birinci pillədə qərarlaşıb.

Avropa çempionatı
Seçmə mərhələ

27 mart

15:00 Azərbaycan U-21 – Portuqaliya U-21

❌
❌