Normal view

Today — 8 April 2026Main stream

“Arsenal”ın sabiq futbolçusu karyerasını bitirdi

7 April 2026 at 22:20

Uels millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib.

Son klubu Meksikada “Pumas” olan Remzi daha əvvəl “Arsenal”, “Nitsa”, “Yuventus” kimi klublarda forma geyinib.

Remzi Uels yığmasında 86 oyunda 21 qol vurub.

Yesterday — 7 April 2026Main stream

Aaron Remzi futboldan getdi

7 April 2026 at 16:00

Futbol üzrə Uels millisinin və İngiltərənin “Arsenal” klubunun sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:

“Bu qərar asan qəbul edilmədi. Çox düşündükdən sonra futboldan təqaüdə çıxmaq qərarına gəldim. İlk olaraq Uels millisindən başlamaq istəyirəm. Bu formanı geyinmək və komanda ilə belə anlar yaşamaq mənim üçün böyük şərəf idi. İnkişafımda rolu olan bütün məşqçilərə və işçi heyətinə təşəkkür edirəm”, – deyə o söyləyib.

Remzi çıxış etdiyi klublara da minnətdarlığını bildirib.

Xatırladaq ki, uelsli oyunçu karyerası ərzində İngiltərədə “Arsenal”, “Kardiff Siti”, “Nottingem Forest”, Fransada “Nitsa”, Şotlandiyada “Reyncers” və İtaliyada “Yuventus” klublarının formasını geyinib. Onun sonuncu iş yeri Meksikanın “Pumas” kollektivi olub.

Aaron Remzi klub səviyyəsində üç dəfə İngiltərə Kubokunu və Super Kubokunu, həmçinin İtaliya və Şotlandiya Kuboklarını qazanıb. O, Uels millisində 86 oyuna çıxıb və 21 qol vurub.

❌
❌