Normal view

Today — 9 April 2026Main stream

“Bizim üçün hər növbəti oyun final dəyərindədir” – Xaybulayev

9 April 2026 at 11:45

“Sabah” Misli Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan”ı məğlub edib – 4:2.

“Bayquşlar”ın futbolçusu Abdulla Xaybulayev matçdan sonra “Futbolpress.az“a fikirlərini bölüşdü:

“Çətin oyun alındı. Matçdan öncə də bu qarşılaşmanın asan olmayacağını bilirdik. Ümumiyyətlə çempionatda heç bir matç rahat keçmir. Komanda olaraq bunun fərqindəyik. Bu oyunda da çətinliklə üzləşsək də, vacib anlarda komanda xarakter göstərdi. Matçın gedişatını dəyişə bildik. Bunun da sayəsində meydandan 3 xalla ayrıldıq. Qalib gəldiyimizə görə şadam.”

“Qarabağ”la kubok oyunundan sonra liqada qələbə qazanan “Sabah” xallarını 65-ə çatdırıb və liderdir. Komanda sona 7 tur qalmış ən yaxın izləyicisi “Qarabağ”ı 10 xal qabaqlayır. Xaybulayev kollektivdəki atmosferə toxundu:

“Qarabağ”la oyundan sonra müəyyən yorğunluq var idi və bu, normal haldır. Amma hər bir halda  bu cür qrafikdə oynamağa öyrəşməliyik. Komandada ab-hava yaxşıdır. Qələbələr qazanıldıqca ümumi atmosfer də müsbət olur. Amma indidən hansısa nəticə barədə danışmaq tezdir. Biz komanda olaraq hər növbəti matçımıza köklənirik. İndi də diqqətimizi “Zirə” ilə qarşıdakı oyunumuza cəmləmişik.

Bizim üçün hər növbəti oyun vacibdir, final dəyərindədir. “Zirə” ilə oyunumuz da bu baxımdan çətin keçəcək. İnanıram ki, komanda olaraq yaxşı mübarizə apararaq bu oyundan da qələbə ilə ayrılacağıq”. 

Şahin Cəfərov

❌
❌