Normal view

Yesterday — 30 June 2026Main stream

İqor Noqeyra “Sabah”a lazım olmadı

30 June 2026 at 18:30

Azərbaycanı yeni mövsümdə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək “Sabah” klubu braziliyalı futbolçusu İqor Noqeyra ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatmış müqavilənin müddəti uzadılmayıb. Klub Noqeyraya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, İqor Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub. Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə Azərbaycan Kubokunun qalibi olub.

“Sabah” bu yay Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev və Nicat Mehbalıyevlə də yollarını ayırmışdı. Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov və Patrik Mbina ilə yeni müqavilə imzalanıb. Azərbaycan çempionu Eyden Makkarti, Yunes Laşaab və Junior Almeyda kimi yeni futbolçularla da güclənib.

“Sabah” onun gedişini açıqladı

30 June 2026 at 17:25

“Sabah” FK müdafiəçi İqor Noqeyra ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Noqeyra 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 62 oyun keçirib, 4 qol vurub.

Noqeyra “Sabah”la 1 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Braziliyalı futbolçu karyerasına Rusiyada davam edəcək. O, “Rostov”la anlaşıb.

❌
❌