Normal view

Today — 15 May 2026Main stream

Rəşad “Zirə” üçün… və əksinə

15 May 2026 at 13:15

3 final oynayan “Zirə”nin kubok qazanmaması uğursuzluq yox, strateji yanlışın nəticəsidir. Daha dəqiq ifadə etsək, yanlış da deyil, sadəcə, iddialara böyük obyektivdən baxmaq vaxtıdır.

“Zirə” finalların uğursuzu deyil, imkanlar genişləndirilməlidir. Budəfəki finaldan sonra ictimai fikir bu idi…

Bu il daha qabarıq göründü, yekun turnir cədvəlində sıralama büdcə + uğurlu seleksiya tandeminin nəticəsinə görə formalaşdı. İlk dörd pillədə qərarlaşan klublar “Zirə”dən daha böyük büdcəyə malikdir.

Əslində, son illər avrokuboklara müntəzən vəsiqə qazanan “qartallar” boyundan yuxarı hoppanırdı. Ancaq belə xoş təsadüflər onda ardıcıl, sistemli olur ki, dayanıqlı maddi resursun və geniş idarəçi heyətin olur.

Rəşad Sadıqovun “drujinası” bunadək bütün nailiyyətləri minimum imkanlarla qazanmışdı.

Heç bu mövsümün nəticəsi də imkanlar fonunda pis sayıla bilməz. 4-cü yeri tutmaqla Konfrans Liqasına qatılmaq ehtimalı az deyil.

Xülasə, iddialarını davam etdirmək niyyətində olan klub növbəti mövsüm üçün ayrılacaq büdcəyə irimiqyaslı səxavət qatmalıdır.

Yoxsa Sadıqov kimi ambisiyalı xarakterə görə minimumlarla maksimuma köklənmək inkişaf yox, itirilmiş zaman olacaq. “Zirə” klub olaraq büdcə və hədəflərə yanaşma baxımından böyüməlidir.

Kamil Əhməd

❌
❌