Normal view

Yesterday — 22 May 2026Main stream

Tanınmış futbolçu klubsuz qaldı

22 May 2026 at 17:46

Braziliyalı futbolçu Tyaqo Silva “Portu”dan ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə müdafiəçi sosial şəbəkə hesabında paylaşım edib. O, kluba vida edib.

41 yaşlı müdafiəçi karyerası ilə bağlı qərarını verməyib. Braziliya klubları onun xidmətində maraqlıdır. Lakin Silva “butslarını asmağı” da düşünür.

Tyaqo karyerası ərzində “Çelsi”, PSJ, “Milan” kimi klublarda çıxış edib.

Tyaqo Silva “Portu”dan getdi

21 May 2026 at 23:30

Portuqaliyanın “Portu” klubu 41 yaşlı ulduz futbolçusu, braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva ilə yolları ayırdığını açıqlayıb.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

“Əjdahalar” 41 yaşlı futbolçunun müddəti bitmiş müqaviləsinin yenilənməyəcəyini bəyan ediblər. “Portu” Tyaqoya xidmətlərinə görə təşəkkür edib, gələcək həyatında uğurlar arzulayıb.

Xatırladaq ki, Tyaqo Silva bu ilin yanvarında Braziliyanın “Fluminense” klubundan azad agent kimi ayrılaraq “Portu” ilə 6 ay + 1illik müqavilə bağlamışdı. Təcrübəli futbolçu Portuqaliya nəhənginin heyətində 14 matça çıxıb və ölkə çempionu adını qazanıb.

“Portu” 41 yaşlı Tyaqo üçün tanış klubdur. O, 2004/2005-ci illər mövsümündə də Portuqaliya klubunun formasını geyinib. Amma həmin vaxt braziliyalı futbolçu bu klubun B komandasında çıxış edib və əsas komandada debüt imkanı qazanmayıb.

Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Fluminense” və “Yuventude”nin də formasını geyinib.

Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

Before yesterdayMain stream

“Atletiko” “Portu” ilə danışıqlara başladı

20 May 2026 at 11:30

“Portu”nun futbolçusu Villiam Qomes karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” 20 yaşlı vingerin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Madrid klubu Qomes üçün “Portu” ilə danışıqlara başlayıb.

Braziliyalı hücumçu 2025-ci ilin yanvarından Portuqaliya klubunda çıxış edir. O, bu mövsüm liqada 28 oyunda 8 qol vurub. Qomesin “transfermarkt”da dəyəri 30 milyon avrodur.

❌
❌