Reading view

“Arsenal” onun üçün 40 milyon avro ödəməyə hazırdır

“Brügge”nin futbolçusu Kristos Tzolis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Arsenal” yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London klubu yunanıstanlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.

Tzolis başa çatan mövsümdə Belçika çempionatında 36 oyunda 17 qol vurub, 23 məhsuldar ötürmə edib.

❌