Reading view

“Sabah” hücumçusuna yeni müqavilə təklif etmədi

“Sabah” hücumçusu Pavol Şafranko ilə yollarını ayırmağa hazırlaşır.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, forvardın klubla müddəti başa çatan müqaviləsi uzadılmayacaq.

Bu mövsüm zədələr səbəbindən çox oyun buraxan Şafrankoya yeni müqavilə təklif olunmayıb. Slovakiyalı forvard klubu tərk edəcək.

31 yaşlı hücumçu cari “futbol ili”ndə 11 oyunda 5 qol vurub. O, ötən ilin noyabrından zədəlidir.

Daha əvvəl Cesse Sekidikanın “Sabah”la müqaviləsini uzatmayacağı məlum olub.

“Bayquşlar” tarixində ilk dəfə bu mövsüm Azərbaycan Premyer Liqasını qazanıb. “Futuristlər” eyni zamanda ölkə kubokunun qalibi olub.

Şahin Cəfərov

 

❌