Nigeriyalı hücumçu “Sabah”dan ayrılacaq
14 May 2026 at 11:46
Nigeriyalı futbolçu Cesse Sekidika “Sabah”dan ayrılacaq.
Futbolpress.az-ın məlumatına görə, 29 yaşlı hücumçunun klubla müddəti başa çatan müqaviləsi uzadılmayacaq. Sekidika karyerasına Azərbaycandan kənarda davam edəcək.
Nigeriyalı futbolçu 2023-cü ilin sentyabrından “Sabah”da çıxış edirdi. O, “bayquşlar”la bu mövsüm 26 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Şahin Cəfərov