Reading view

TNS-lə oyuna doğru: “Başlanğıc çətin olacaq”

“Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün Uelsin TNS komandası ilə qarşılaşacaq.

Milli komandanın sabiq baş məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Sabah” tarixində ilk dəfə Çempionlar Liqası oyununa çıxacaq. Onlara uğurlar arzu edirəm. TNS “Sabah”a uyğun rəqibdir. Təmsilçimizin səviyyəsi, keyfiyyəti daha üstündür. Amma rəqibə yuxarıdan baxmaq olmaz. Çempionlar Liqasıdır və burda zəif komanda yoxdur”.

Diniyev mövsümün ilk oyunu olduğu üçün “Sabah”ın yaşaya biləcəyi çətinliklərə toxundu:

“Sabah” üçün başlanğıc çətin olacaq. Komanda yeni mövsümün ilk oyununa çıxır və hansısa çatışmazlıqlar ola bilər. Bəlkə, komanda matçın əvvəlində oyununu tapa bilmədi. Erkən qol vacibdir. Tez fərqlənsələr, ardını gətirə və yaxşı nəticə əldə edə bilərlər. Onlara uğurlar arzu edirəm”.

“Sabah” – TNS oyunu 20:00-da start götürəcək.

❌