Reading view

Qvardiolanı o əvəz edəcək

“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın “sükanı” Enzo Mareskaya tapşırılacaq. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında üç illik müqavilə imzalanacaq.

Mareska komandadan ayrılacağını açıqlayan Xosep Qvardiolanı əvəzləyəcək.

Enzonun son iş yeri “Çelsi” olub. O, bu ilin əvvəlindən klubsuzdur.

Qvardiola: “Ayrılığımın səbəbini soruşmayın”

“Mançester Siti”dən ayrılacağı açıqlanan Xosep Qvardiola açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis qərarı ilə bağlı bunları deyib:

“Ayrılığımın səbəbini soruşmayın, çünki yoxdur. Düşünürəm ki, artıq vaxtı idi. Heç bir şey sonsuz deyil, olsaydı, burda qalardım. Əbədi olan tək məsələ “Mançester Siti”yə olan sevgimdir”.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. O, yayda klubdan ayrılacaq.

“Şəhərlilər” ispan mütəxəssisin rəhbərliyi altında 6 dəfə Premyer Liqanı, 1 dəfə Çempionlar Liqasını qazanıb.

Qvardiola “Mançester Siti”dən ayrılacaq – rəsmi

“Mançester Siti” baş məşqçisi Xosep Qvardiola ilə yollarını ayırır.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssis mövsümün sonunda “şəhərlilər”lə vidalaşacaq.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edirdi. Komanda onun başçılığı altında 1 dəfə Çempionlar Liqasını, 6 dəfə İngiltərə Premyer Liqasını qazanıb.

❌