Normal view

Today — 17 December 2025Main stream

“Gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam” – “Çelsi”nin baş məşqçisi

17 December 2025 at 13:47

Son günlər mətbuatda “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın yaxın zamanda vəzifəsindən uzaqlaşdırıla biləcəyi ilə bağlı iddialar geniş müzakirə olunur.

İtaliyalı mütəxəssisin klub rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən postunu itirə biləcəyi bildirilir. Mareska da son açıqlamalarında bu məsələyə üstüörtülü şəkildə toxunmuşdu.

Londonlular dünən Liqa kubokunda “Kardiff Siti”ni 3:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Oyundan sonra jurnalistlər Mareskadan mümkün gedişi ilə bağlı sualı cavablandırmasını istəyiblər.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Mareska klubun sahibləri ilə danışmadığını bildirib:

“Klubun sahibləri ilə danışmamışam. Dünən də deyildiyi kimi, “Everton”la oyundan bir gün sonra “Kardiff Siti” ilə görüşə hazırlaşmağa başlamışam və gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam”.

“Çelsi” həftəsonu İngiltərə Premyer Liqası çərçivəsində səfərdə “Nyukasl”la görüşəcək. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Gələcəyimlə bağlı heç kimlə müzakirə aparmamışam” – “Çelsi”nin baş məşqçisi appeared first on Komanda.az.

İngiltərə klubunda Xavi səsləri

17 December 2025 at 11:49

Barselona”nın sabiq baş məşqçisi Xavi İngiltərədə işləyə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” klubu mütəxəssisin xidmətində maraqlıdır. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

London klubunda baş məşqçi Enzo Mareska ilə yollar ayrıla bilər. Rəhbərlik Mareskanın əvəzinə Xavini gətirmək niyyətindədir.

İspan mütəxəssis 2021-2024-cü illərdəBarselona”nı çalışdırıb. O, ötən ilin yayından işsizdir.

ÇelsiPremyer Liqada 16 turdan sonra 28 xalla 4-cü sıradadır.

Yesterday — 16 December 2025Main stream

Mareska “Çelsi”dən ayrılmağa hazırdır

16 December 2025 at 16:10

“Çelsi”nin baş məşqçisi Enzo Mareska postundan ayrılmağa hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.

Klub Mareska ilə yollarını ayırsa, o, bu qərara etiraz etməyəcək. Hazırda baş məşqçi ilə rəhbərlik arasında ciddi gərginlik mövcuddur. Narazılıq əsasən transfer siyasəti ilə bağlıdır. Mareska “Mançester Yunayted”dən Kobbi Mainunu transfer etməyi istəyib, ancaq klub razılıq verməyib.

Belə görünür ki, “Çelsi” baş məşqçi postuna yeni namizədi artıq müəyyən edib və dəyişiklik yanvarda reallaşa bilər. Londonlular İngiltərə Premyer Liqasında 16 turdan sonra 28 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post Mareska “Çelsi”dən ayrılmağa hazırdır appeared first on Komanda.az.

Before yesterdayMain stream

“Çelsi” üçün qış “səssiz” keçəcək

13 December 2025 at 10:41

“Çelsi”nin qış transfer pəncərəsində səs-küylü keçidlər etməyi planlaşdırmadığı bildirilir.

London təmsilçisi zədələr səbəbindən heyətində müəyyən çətinliklər yaşasa da, klub rəhbərliyi bu vəziyyətə görə məsuliyyəti baş məşqçi Enzo Mareskanın üzərinə qoyur. Onun əsas vəzifəsinin mövcud futbolçular arasında düzgün rotasiya aparmaq olduğu vurğulanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” rəhbərliyi komandanın ciddi gücləndirməyə ehtiyac duymadığı qənaətindədir. Bu səbəbdən də qış transfer pəncərəsində böyük məbləğlərin xərclənməsi gözlənilmir.

Mareskanın komandası hazırda İngiltərə Premyer Liqasında 15 turdan sonra topladığı 25 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Londonlular bu gün çempionat çərçivəsində “Everton”u qəbul edəcəklər.

“Çelsi” UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

The post “Çelsi” üçün qış “səssiz” keçəcək appeared first on Komanda.az.

Entso Mareska – Premyer Liqada noyabrın ən yaxşısı!

12 December 2025 at 19:00

“Çelsi”yə rəhbərlik edən italiyalı futbol mütəxəssisi Entso Mareska İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.

Mareskalı “Çelsi” noyabr ayında Premyer Liqa çərçivəsində keçirdiyi 4 oyunun üçündə qələbə qazanıb.

İtaliyalı mütəxəssis səsvermədə Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Xosep Qvardiola (“Mançester Siti”), Fabian Hürtseler (“Brayton”) və Marko Silva (“Fulhem”) kimi məşqçiləri geridə qoyub.

Mareska karyerasında ikinci, cari mövsümdə isə ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. O, 2024-cü ilin sentyabrında da oxşar mükafata layiq görülmüşdü. Cari mövsümdə ilk belə mükafat “Liverpul”u çalışdıran Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda isə “Mançester Yunayted”ə rəhbərlik edən Ruben Amorim ən yaxşı seçilmişdi.

Xatırladaq ki, Entso Mareska 2024-cü ilin yayından “Çelsi”yə rəhbərlik edir. “Zadəganlar” bu mütəxəssisin rəhbərliyi altında 87 oyun keçiriblər, 53 qələbə, 14 heç-heçə, 20 məğlubiyyət görüblər.

İtaliyalı mütəxəssis əvvəllər “Lester Siti”, “Parma” və “Mançester Siti”nin U-23 komandasında da baş məşqçi olub.

❌
❌