Reading view

Türkiyə klubu transfer qadağası ilə üzləşdi

Türkiyənin “Sivasspor” klubu transfer qadağası ilə üzləşib.

Komanda.az xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.

1-ci Liqada çıxış edən bölgə təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.

“Sivasspor”da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir. Komanda 1-ci Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.

The post Türkiyə klubu transfer qadağası ilə üzləşdi appeared first on Komanda.az.

Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” baş məşqçisi Hüseyin Eroğlu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Aykut Çakmaklı yerli KİV-ə yeni baş məşqçinin Volkan Dəmirəl olacağını bildirib.

“Gənclərbirliyi” Super Liqada 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

The post Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb appeared first on Komanda.az.

Hüseyin Eroğlu Super Liqa klubundan qovuldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” baş məşqçisi Hüseyin Eroğlu ilə yollarını ayırıb. Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir. 52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub Eroğluna xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Source

Super Liqa: “Fənərbağça” “Qaziantep”i 4 cavabsız qolla yendi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Samsunspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Fənərbağça” isə rəqibini 4 cavabsız qolla məğlub edib. Beləliklə, geridə qalmış 10 turdan sonra 28 xala malik…

Source

“Fənərbaxça”dan darmadağın

Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə iki oyun baş tutub.

“Samsunspor” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Qaziantep”in qonağı olan “Fənərbaxça” isə darmadağına sevinib.

Hazırda 28 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 23, “Fənərbaxça” 22, “Beşiktaş”, “Samsunspor” və “Qaziantep” 17 xal toplayıb.

Türkiyə Super Liqası
10-cu tur

24 oktyabr

Karagümrük – Kayserispor 2:2
Qollar: Larsson, 16-pen. A.R.Cankaya, 79 – Onuqxa, 68; 74.

25 oktyabr

Kocaelispor – Alanyaspor 2:0
Qollar: T.Bingöl, 62. S.Dursun, 88.

Trabzonspor – Eyüpspor 2:0
Qollar: F.Auqusto, 12. Ulai, 51.

26 oktyabr

Antalyaspor – Başakşəhər 0:4
Qollar: Şomurodov, 22; 88. Da Kosta, 45+4; 53.

Qalatasaray – Göztəpə 3:1
Qollar
: Osimhen, 19. Q.Sara, 63. İkardi, 66 – E.Bekiroğlu, 6.

Gənclərbirliyi – Konyaspor 1:2
Qollar
: O.Ülgün, 28 – U.Nayir, 45+2. Bardi, 49.

Kasımpaşa – Beşiktaş 1:1
Qollar
: Vink, 33 – C.Ündər, 5.

27 oktyabr

Qaziantep – Fənərbaxça 0:4
Qollar
: En Nesiri, 5; 21. Taliska, 81; 88.

Samsunspor – Rizəspor 1:1
Qollar
: Holse, 7 – Rak-Sakyi, 32.

The post “Fənərbaxça”dan darmadağın appeared first on Komanda.az.

Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bəyan edib ki, ölkədə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeker şirkətlərində mərc hesabı var.

Komanda.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. Qurum rəhbəri deyib ki, həmin hakimlərdən 152-si isə aktiv şəkildə mərc oynayır. Məlumat quruma dövlət qurumlarından verilib.

Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var: “10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”.

TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək: “Onlar qanunlara əsasən cəzalandırılacaq”.

Hacıosmanoğlu əlavə edib ki, Türkiyə futbolunda təmizlənmə prosesi başlayıb: “Nə qədər pislik varsa, hamısını təmizləməliyik. Biz bu işi hakimlərlə başladıq, amma burada dayanmayacağıq. Klublar da eyni məsuliyyəti daşımalıdır. Hər kəs özünü və çevrəsini yoxlamalıdır”.

TFF prezidenti bildirib ki, aparılan araşdırmalar FİFA və UEFA ilə də paylaşılıb.

The post Türkiyə şokdadır: 571 hakimdən 371-i “qumarbaz” çıxdı appeared first on Komanda.az.

Super Liqa: “Beşiktaş” xal itirdi, “Qalatasaray” sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub. “Antalyaspor” evdə “Başakşəhər”ə, “Gənclərbirliyi” isə “Konyaspor”a məğlub olub. Lider “Qalatasaray” bu dəfə “Göztəpə” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb. “Kasımpaşa” – “Beşiktaş”…

Source

Super Liqa: “Trabzonspor” və “Kocaelispor”dan inamlı qələbə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub. “Kocaelispor” doğma meydanda “Alanyaspor”la, “Trabzonspor” isə “Eyüpspor”la qarşılaşıb. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. 10-cu turun qalan görüşləri oktyabrın 26…

Source

Super Liqa: “Karagümrük”lə “Kayserispor”dan məhsuldar heç-heçə

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Fatih Karagümrük” doğma meydanda “Kayserispor”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. 10-cu turun qalan görüşləri oktyabrın 25-də…

Source

Super Liqa: “Beşiktaş” Konyada 2 cavabsız qola sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turundan təxirə salınmış oyunlar keçirilib. Arena.az xəbər verir ki, “Rizəspor” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Bu komandaların görüşü qolsuz yekunlaşıb. Günün digər oyununda cari mövsümə uğursuz start vermiş “Beşiktaş” səfərdə “Konyaspor”la üz-üzə gəlib. “Qara qartallar” bu oyundan inamlı…

Source

Super Liqa: “Eyüpspor” “Kasımpaşa”nı xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Eyüpspor” “Kasımpaşa”nı qəbul edib. Meydan sahibləri 2 cavabsız qolla qələbə qazanıblar.

Beləliklə, 9 turdan sonra 25 xala malik “Qalatasaray” vahid liderdir. “Trabzonspor” 20 xalla ikinci, “Fənərbağça” 19 xalla üçüncüdür. “Qaziantep” 17, “Göztəpə” və “Samsunspor” 16, “Beşiktaş” və “Alanyaspor” 13 xal toplayıblar.

Türkiyə, Super Liqa
9-cu tur

18 oktyabr

Konyaspor – Kocaelispor 2:3
Qollar: Pedrinyo, 51-pen. U.Nayir, 77 – T.Bingöl, 44; 71. H.Keyta, 63.

Rizəspor – Trabzonspor 1:2
Qollar: Rak-Sakyi, 27 – F.Auqusto, 2. Onuaçu, 19.

Beşiktaş – Gənclərbirliyi 1:2
Qollar: C.Ünder, 47 – Yuraşek, 79-öz qapısına. Tonqya, 81.

Başakşəhər – Qalatasaray 1:2
Qollar: Şomurodov, 59 – Sane, 45+3; 61.

19 oktyabr

Kayserispor – Samsunspor 1:3
Qollar: Onuqxa, 83 – Holse, 45; 64. Van Drongelen, 72.

Alanyaspor – Göztəpə 1:0
Qol: U.Akdağ, 83.

Qaziantep – Antalyaspor 3:2
Qollar: D.Kamara, 4. Kozlovski, 17. Bayo, 31 – Qeye, 84; 86.

Fənərbağça – Karagümrük 2:1
Qollar: Talişka, 23-pen. Asensio, 41 – Serjinyo, 59.

20 oktyabr

Eyüpspor – Kasımpaşa 2:0
Qollar: Tiam, 15. U.Bozok, 90+4.

The post Super Liqa: “Eyüpspor” “Kasımpaşa”nı xalsız yola saldı appeared first on ARENA.AZ.

Super Liqa: “Fənərbağça” “Karagümrük”ü xalsız yola saldı

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Kayserispor” – “Samsunspor” matçında qonaqlar inamlı qələbə qazanıblar. “Alanyaspor” “Göztəpə”ni, “Qaziantep” isə “Antalyaspor”u məğlub yola salıb. “Fənərbağça” da bu turda “Karagümrük”ü məğlub edib.

Tura oktyabrın 20-də keçiriləcək “Eyüpspor” – “Kasımpaşa” matçı ilə yekun vurulacaq.

Türkiyə, Super Liqa
9-cu tur

18 oktyabr

Konyaspor – Kocaelispor 2:3
Qollar: Pedrinyo, 51-pen. U.Nayir, 77 – T.Bingöl, 44; 71. H.Keyta, 63.

Rizəspor – Trabzonspor 1:2
Qollar: Rak-Sakyi, 27 – F.Auqusto, 2. Onuaçu, 19.

Beşiktaş – Gənclərbirliyi 1:2
Qollar: C.Ünder, 47 – Yuraşek, 79-öz qapısına. Tonqya, 81.

Başakşəhər – Qalatasaray 1:2
Qollar: Şomurodov, 59 – Sane, 45+3; 61.

19 oktyabr

Kayserispor – Samsunspor 1:3
Qollar: Onuqxa, 83 – Holse, 45; 64. Van Drongelen, 72.

Alanyaspor – Göztəpə 1:0
Qol: U.Akdağ, 83.

Qaziantep – Antalyaspor 3:2
Qollar: D.Kamara, 4. Kozlovski, 17. Bayo, 31 – Qeye, 84; 86.

Fənərbağça – Karagümrük 2:1
Qollar: Talişka, 23-pen. Asensio, 41 – Serjinyo, 59.

20 oktyabr

21:00. Eyüpspor – Kasımpaşa

The post Super Liqa: “Fənərbağça” “Karagümrük”ü xalsız yola saldı appeared first on ARENA.AZ.

❌