Reading view

Valverde: “Qarabağ”ın bizə qol vurmasını sakit qarşıladım”

“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gəliblər. İspaniya təmsilçisi bu görüşdə 3:1 hesablı əzmkar qələbəyə sevinib.

Source

ÇL: “Qarabağ” Bilbaodan xalsız qayıdır

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gəlib. Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutub. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edib. Qurban Qurbanovun kollektivi qitənin…

Source

“Atletik” – “Qarabağ”: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Atletik” – “Qarabağ” matçının start heyətləri müəyyənləşib. Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı oyun Bilbaoda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək. “Atletik” – “Qarabağ” Baş hakim: İqor…

Source

“Qarabağ”ın U-19 komandası “Atletik”ə də uduzdu

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub. Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Liqa mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” komandası ilə üz-üzə gəlib. Sözügedən komandalar arasındakı görüş bu gün İspaniyada baş tutub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı…

Source

Miçel Madeyra: “Qarabağ” səfər oyunlarında daha təhlükəlidir”

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın ispaniyalı sabiq yarımmüdafiəçisi Miçel Madeyra “Ondavasca” nəşrinə açıqlama verib. Arena.az xəbər verir ki, 39 yaşlı veteran futbolçu UEFA Çempionlar Liqasının bu gün keçiriləcək “Atletik” – “Qarabağ” oyunundan əvvəl fikirlərini bölüşüb. O, vaxtilə “Qarabağ”da beş il çıxış etdiyini xatırladıb: “Burada gözəl illərim olub. Mən klubu…

Source

ÇL: “Qarabağ” Bilbaoda “Atletik”lə üz-üzə

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində üçüncü oyununa çıxacaq. Arena.az xəbər verir ki, Azərbaycan çempionu İspaniya təmsilçisi “Atletik”lə üz-üzə gələcək. Sözügedən komandalar arasındakı oyun Bilbaoda, “San Mames” stadionunda baş tutacaq. Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat…

Source

Medina: “Atletik”ə qarşı layiqli mübarizə aparmağa çalışacağıq”

“Qarabağ”ın müdafiəçisi Kevin Medina UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Atletik”ə qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Ağdam klubunun təcrübəli müdafiəçisi bu gün İspaniyada təşkil edilmiş mətbuat konfransında…

Source

Aytor Paredes: “Özümüzü “Qarabağ”la matçda favorit saymırıq”

“Atletik”in müdafiəçisi Aytor Paredes Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Aytor Paredes bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları…

Source

Ernesto Valverde: “Hədəf “Qarabağ”la matçda 3 xal qazanmaqdır”

“Atletik”in baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb. Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya təmsilçiləri sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində Bilbao şəhərində üz-üzə gələcəklər. Ernesto Valverde bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında…

Source

“Qarabağ” Bilbaoya yollanır

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik”in qonağı olacaq “Qarabağ” bu gün İspaniyaya yollanacaq.

Arena.az xəbər verir ki, komanda saat 18:00-da çarter reysi ilə səfərə çıxacaq.

Sabah – oktyabrın 21-də Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Tədbirdə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Yeri gəlmişkən, Bilbao təmsilçisi oyun üçün Azərbaycan klubuna 600 bilet ayırıb. Artıq 400-ə yaxın bilet satılıb.

Bu vacib oyun ərəfəsində Ağdam klubunun heyətində itki var. Musa Qurbanlı zədə səbəbindən “Atletik”lə matçı buraxacaq. 23 yaşlı hücumçunun dizində ağrılar var. O, Azərbaycan millisinin düşərgəsindən qayıdandan sonra dizində ağrılar hiss edib və iki həftəlik müalicəyə ehtiyacı olduğu müəyyənləşib.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də Bilbaodakı “Estadio de San Mames”də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

The post “Qarabağ” Bilbaoya yollanır appeared first on ARENA.AZ.

“Atletik” – “Qarabağ” oyunu xorvat hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək “Atletik” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb.

Arena.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi İqor Payaç olacaq. Ona yan xətt hakimləri Boyan Zobenitsa və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək. VAR-da İvan Bebek, AVAR-da isə Fedayi San əyləşəcək.

Xatırladaq ki, “Atletik” – “Qarabağ” matçı oktyabrın 22-də Bilbao şəhərində keçirləcək. “San Mames” stadionunda təşkil olunacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində geridə qalmış 2 turdan sonra Azərbaycan çempionu 6 xalla 6 şərikli liderdən biridir. Bilbao təmsilçisi isə əvvəl keçirdiyi hər iki oyunda uduzub və turnir cədvəlinin 34-cü pilləsində qərarlaşıb.

The post “Atletik” – “Qarabağ” oyunu xorvat hakimə tapşırıldı appeared first on ARENA.AZ.

❌