Reading view

Rəşad Sadıqov: “Biz onlarla rəqabət aparmaqda çətinlik çəkirik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, sözügedən komandaların Zirədəki görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib: “Matça yaxşı başladıq.

Source

“Zirə” – “Sumqayıt” 1:0 – Video

Azərbaycan Premyer Liqasının 9-cu turunun “Zirə” – “Sumqayıt” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Arena.az Zirədə baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir. “Zirə” – “Sumqayıt” 1:0 Qol: Brahim Konate, 37. Sarı vərəqələr: Brahim Konate, 90 (qeyri-idman hərəkəti) – Rüstəm Əhmədzadə, 45+1 (qeyri-idman hərəkəti). Səbuhi Abdullazadə…

Source

Premyer Liqa: “Zirə” “Sumqayıt”ı tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib. Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub. Burada “Zirə” “Sumqayıt”la qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanı Rauf Cabbarov idarə edib. Meydan sahibləri bu matçda tək qolla 3 xal…

Source

Premyer Liqa: “Araz” “Sabah”a, “Zirə” “Sumqayıt”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçiriləcək. Arena.az xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma baş tutacaq. Günün ilk oyunu “Araz-Naxçıvan”la “Sabah” arasında keçiriləcək. Məlum səbəblərdən, bu oyun “Masazır Arena”da keçiriləcək. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.

Source

“Sumqayıt” üçün 75-ci ev qələbəsi

2025/2026-cı illər mövsümünə uğurlu start vermiş “Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasında 75-ci ev qələbəsini qazanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəər verir.

Bildirilir ki, “Gənclik şəhəri” təmsilçisi bu uğura 223-cü matçında nail olub. Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 8ci turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında Yevlaxın “Karvan” komandasını 4:1 hesabıyla məğlub edib.

İlk ev qələbəsi 2011/2012-ci illər mövsümünə təsadüf edən bu komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komanda kimi tarixə düşüb.

Qeyd edək ki, Saşa İliçin rəhbərlik etdiyi komanda cari mövsümdə qazandığı 14 xalla 5-ci pillədə qərarlaşıb və lider “Qarabağ”dan cəmi 2 xal geri qalır.

The post “Sumqayıt” üçün 75-ci ev qələbəsi appeared first on ARENA.AZ.

❌