2025/2026-cı illər mövsümünə uğurlu start vermiş “Sumqayıt” futbol üzrə Azərbaycan Premyer Liqasında 75-ci ev qələbəsini qazanıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəər verir.
Bildirilir ki, “Gənclik şəhəri” təmsilçisi bu uğura 223-cü matçında nail olub. Bu, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 8ci turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında Yevlaxın “Karvan” komandasını 4:1 hesabıyla məğlub edib.
İlk ev qələbəsi 2011/2012-ci illər mövsümünə təsadüf edən bu komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komanda kimi tarixə düşüb.
Qeyd edək ki, Saşa İliçin rəhbərlik etdiyi komanda cari mövsümdə qazandığı 14 xalla 5-ci pillədə qərarlaşıb və lider “Qarabağ”dan cəmi 2 xal geri qalır.
The post “Sumqayıt” üçün 75-ci ev qələbəsi appeared first on ARENA.AZ.