Reading view

Gənclər Liqası: “Qarabağ”ın oyunu ukraynalılara tapşırıldı

UEFA Gənclər Liqasının IV turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri Vitali Skoblya və Aleksandr Korniyonko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev (Azərbaycan) yerinə yetirəcək.

Noyabrın 5-də, “Azersun Arena”da keçiriləcək oyuna saat 15:00-da start veriləcək.

Kifayət Mustafayeva “Dinamo” – “Ludoqorets” matçına təyinat aldı

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA Gənclər Liqasının oyununa təyinat alıb. Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir. Bildirilir ki, Mustafayeva UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Ludoqorets” (Bolqarıstan) oyununun UEFA nümayəndəsi olacaq.

Source

“Sabah” “Nant”a Gənclər Liqasında biabırçı hesabla uduzdu

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında 2025/2026 mövsümünün 2-ci təsnifat mərhələsində ilk matçına çıxıb. Arena.az xəbər verir ki, Azərbaycan çempionu Fransada yerli “Nant” klubunun U-19 komandası ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib. Fransızlar ilk hissədə 4 qola imza atıblar. Babakar Fall (4), Junior Kone (18), Brayan Nzita (23) və…

Source

“Qarabağ”ın U-19 komandası “Atletik”ə də uduzdu

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının 2025/2026-cı illər mövsümündə keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub. Arena.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv Liqa mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” komandası ilə üz-üzə gəlib. Sözügedən komandalar arasındakı görüş bu gün İspaniyada baş tutub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı…

Source

“Qarabağ” üçün İspaniya, “Sabah” üçün Fransa sınağı

“Qarabağ” və “Sabah” klublarının U-19 komandaları bu gün UEFA Gənclər Liqasının 2025/2026 mövsümündə növbəti matçlarına çıxacaqlar. Arena.az xəbər veri rki, Ağdam təmsilçisi bu turnirin əsas mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” kollektivinin qonağı olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 14:00-da start veriləcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı…

Source

❌