Ohori: “Kuboku qazanmaq istəyirik”
“Kəpəz” Premyer Liqanın XV turunda “Qəbələ“ni məğlub edib – 1:0.
Görüşdə gəncəlilərin yeganə qolunu vuran Ryonusuki Ohori “Futbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:
“Çox vacib oyun idi. Qələbənin əhəmiyyətini dərk edirdik. Şükürlər olsun, yaxşı oynadıq və istədiyimiz nəticəni qazandıq. Qolu mən vursam da, komanda olaraq qələbə qazanmışıq. Bütün komanda yoldaşlarıma minnətdaram”.
Ohori qələbənin növbəti oyun üçün əlavə motivasiya yaratdığını bildirdi:
“Mühüm qələbə oldu və bu, bizdə inamı daha artıracaq. İnanıram ki, bundan sonra həm fərdi, həm də komanda olaraq daha yaxşı olacağıq və nəticələr gələcək. Bacardığım qədər faydalı olmaq istəyirəm”.
Ohori qış fasiləsində Yaponiyaya qayıdacağını söylədi. O, eyni zamanda komandanın hədəflərinə toxundu:
“Qarşıda bir oyun var. Planlarımızı həyata keçirsək, qələbə qazana bilərik. Bundan sonra Yaponiyaya gedəcəm və bir müddət ailəmlə vaxt keçirəcəyəm. Fasilədən daha yaxşı qayıtmaq arzusundayam. Hədəfimiz liqada qalmaqdır və düşünürəm ki, bunun üçün potensialımız kifayət qədərdir. Öz oyunumuzda qalsaq və belə irəliləsək, məqsədə çatacağıq. Kubokla bağlı hədəfimiz çempionluqdur. Bunu da bacara bilərik”.
Şahin Cəfərov