Ohori: “Liqada qaldığımız üçün çox xoşbəxtik”
“Kəpəz” Misli Premyer Liqasında yerini təmin edib. XXXI turda “Sabah”a qalib gələn “sarı-göylər”in elitada qalacağı dəqiqləşib.
Komandanın yaponiyalı futbolçusu Ryonosuke Ohori “Futbolpress.az“a açıqlamasında mövsümü dəyərləndirdi:
“Liqada qaldığımız üçün çox xoşbəxtik. Çünki mövsüm başlayanda hədəfimiz bu idi və çatdıq. Hər kəs bu yolda mübarizə apardı, əziyyət çəkdi. Komanda yoldaşlarıma da təşəkkür edirəm. Bəzi anlarda məğlubiyyətlərimiz oldu, amma toparlandıq və hədəfimizə çatdıq”.
Ohori icarə əsasında “Kəpəz”də çıxış edir. O, müqavilə ilə “Neftçi”yə məxsusdur. Yarımmüdafiəçi klubdakı taleyi ilə bağlı hələ qərar vermədiyini dedi:
“Hazırda bütün diqqətim mövsümü ən yaxşı şəkildə başa vurmaqdadır. Qərarımı verməmişəm, qarşıda iki oyun var, sonra necə olacağını görəcəyik”.
Şahin Cəfərov