Reading view

“Qvardiolanın komandasında olmaq mənim üçün böyük şansdır”

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma baş məşqçi Pep Qvardiola ilə münasibətlərindən söz açıb.

Komanda.az “Sport Witness”-ə istinadən xəbər verir ki, İtaliyalı qolkiper, ispaniyalı mütəxəssisə növbəti dəfə təşəkkür edib və onun məşqçi keyfiyyətlərini xüsusi vurğulayıb:

“Pepə böyük hörmətim var. Aramızda çox yaxşı münasibətlər mövcuddur. O, müxtəlif situasiyalarda düzgün qərarlar verməyə və sakit qalmağa kömək edir. Hər kəs belə bir məşqçi ilə işləməyi arzulayır. Onun komandasında olmaq mənim üçün böyük şansdır. Ümid edirəm ki, burada birlikdə daha uzun illər keçirəcəyik və klubun tarixini yenidən yazmağa kömək edəcəyik. Bu, mənim üçün xüsusi bir hissdir”.

26 yaşlı futbolçu bu ilin sentyabrında PSJ-dən “Mançester Siti”yə transfer olunub.

The post “Qvardiolanın komandasında olmaq mənim üçün böyük şansdır” appeared first on Komanda.az.

Entso Mareska: “Cəfəngiyyata ayıracaq vaxtım yoxdur”

“Çelsi”nin baş məşqçisi Entso Mareska Premyer Liqanın digər klubu “Mançester Siti”yə baş məşqçi təyin ediləcəyi ilə bağlı şayiəni təkzib edib.

Arena.az italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bunun mənə aidiyyəti yoxdur. Çünki bunun yüz faiz ehtikarlıq olduğunu bilirəm. Belə cəfəngiyyata ayıracaq vaxtım yoxdur”, deyə Mareska vurğulayıb.

Xatırladaq ki, Entso Mareska 2024-cü ilin yayından “Çelsi”yə rəhbərlik edir. “Zadəganlar” bu mütəxəssisin rəhbərliyi altında 89 oyun keçiriblər, 55 qələbə, 14 heç-heçə, 20 məğlubiyyət görüblər.

İtaliyalı mütəxəssis əvvəllər “Lester Siti”, “Parma” və “Mançester Siti”nin U-23 komandasında da baş məşqçi olub.

“Mançester Siti”yə isə uzun illərdir ispaniyalı mütəxəssis Xosep Qvardiola rəhbərlik edir. Amma son iki mövsümdəki uğursuz nəticələrə görə Qvardiolanın “şəhərlilər”dən ayrılacağı barədə xəbərlər dolaşmaqdadır.

❌