Reading view

Misirdən Afrika Millətlər Kubokunda ikinci qələbə

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin növbəti oyun günündə 4 qarşılaşma baş tutub.

A qrupu çərçivəsində keçirilmiş Zambiya – Komor adaları oyunu qolsuz yekunlaşıb. Qitə birinciliyinə ev sahibliyi edən Mərakeş millisi də Mali yığması ilə “sülh bağlayıb”.

B qrupunda Misir yığması Cənubi Afrika Respublikasını tək qolla üstələyib. Anqola – Zimbabve görüşündə isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
24 dekabr

A qrupu

Zambiya – Komor adaları 0:0

Mərakeş – Mali 1:1
Qollar: B.Dias, 45+5-pen – Sinayoko, 64-pen.

Xallar: Mərakeş – 4. Mali – 2. Zambiya – 2. Komor adaları – 1.

B qrupu

Misir – Cənubi Afrika Respublikası 1:0
Qol: Salah, 45-pen.

Anqola – Zimbabve 1:1
Qollar: J.Dala, 24 – Musona, 45+6.

Xallar: Misir – 6. CAR – 3. Zimbabve – 1. Anqola – 1.

Afrika Millətlər Kubokunda Əlcəzairdən uğurlu start

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin ilk turuna yekun vurulub.

Arena.az xəbər verir ki, qitə birinciliyinin dördüncü oyun günündə də 4 qarşılaşma baş tutub.

E qrupunda yer almış Əlcəzair yığması Sudanla görüşdə darmadağına imza atıb. Qrupun digər oyununda Burkina Faso Ekvatorial Qvineya ilə görüşdən əzmkar qələbə ilə ayrılıb.

F qrupunda Kamerun millisi Qabonu, Kot-d’İvuar yığması isə Mozambiki tək qolla yenib.

Yeri gəlmişkən, Mozambik milli komandasının heyətində “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martins də yer alıb. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
24 dekabr

E qrupu

Əlcəzair – Sudan 3:0
Qollar: Mahrez, 2; 61. Maza, 85.

Burkina Faso – Ekvatorial Qvineya 2:1
Qollar: Minonqu, 90+5. Tapsoba, 90+8 – Aniebo, 85.

F qrupu

Kamerun – Qabon 1:0
Qol: Etta Eyonq, 6.

Kot-d’İvuar – Mozambik 1:0
Qol: A.Diallo, 49.

Kamerundan uğurlu start

Afrika Millətlər Kubokunda I turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, F qrupunda Kamerun yığması Qabonla qarşılaşıb. Matç kamerunluların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Yeganə qolu 6-cı dəqiqədə Karl Etta Eyonq vurub.

Qrupun digər matçında Fil Dişi Sahili yığması Mozambikdən üstün olub – 1:0.

Afrika Millətlər Kubokundan 1,2 milyard dollarlıq qazanc

Mərakeşin Afrika Millətlər Kubokunun təşkilinə görə əldə edəcəyi gəlir açıqlanıb.

Komanda.az “Əl-Ərəbiyə” telekanalına istinadən xəbər verir ki, ölkə turnirin keçirilməsinə görə 1,2 milyard dollar qazana bilər.

Mərakeşin təxminən 1 milyona yaxın xarici qonaq qəbul edəcəyi, bu səbəbdən mehmanxana sektoru, nəqliyyat, kafe və restoranların gəlirlərinin 1,2 milyard dollara qədər olacağı bildirilib. Bununla yanaşı, Mərakeşin oyunların yayım hüquqlarının satışından 22,5 milyon dollar qazanacağı qeyd edilib.

Mərakeş mətbuatının məlumatına görə, ölkə turniri keçirmək üçün infrastrukturun qurulmasına təxminən 16 milyard dollar xərcləyib.

Dekabrın 22-də startı verilən Afrika Millətlər Kuboku 2026-cı il yanvarın 18-də yekunlaşacaq.

The post Afrika Millətlər Kubokundan 1,2 milyard dollarlıq qazanc appeared first on Komanda.az.

Afrika Millətlər Kubokunda Nigeriya və Tunisdən uğurlu start

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

C qrupunda yer almış Nigeriya yığması Tanzaniyanı, Tunis millisi isə Uqandanı oxşar hesabla (3:1) üstələyib.

D qrupunda Konqo Demokratik Respublikası Beninlə görüşdə tək qola sevinib. Seneqal yığması isə Botsvananı böyük hesabla yenib.

Bu gün baş tutmuş oyunlarda Azərbaycanda çıxış edən bəzi oyunçular da iştirak ediblər. Belə ki, “Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini və “Neftçi”nin yarımmüdafiəçisi Sessi De Almeyda Benin millisinin heyətində meydana çıxıblar. Mumini sonadək oynayıb. De Almeyda isə 82-ci dəqiqədə əvəzlənib.

“Şamaxı”nın legioneri Alfons Msanqa da Tanzaniya yığmasının Nigeriyaya qarşı oyununda iştirak edib. O, 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
23 dekabr

C qrupu

Nigeriya – Tanzaniya 2:1
Qollar: Ajayi, 36. Lukman, 52 – Mombva, 50.

Tunis – Uqanda 3:1
Qollar: Sxiri, 10. Axuri, 40; 64 – Omedi, 90+2.

D qrupu

Konqo Demokratik Respublikası – Benin 1:0
Qol: Bonqonda, 16.

Seneqal – Botsvana 3:0
Qollar: N.Cekson, 40; 58. K.Ndiaye, 90.

Afrika Millətlər Kubokunda Misir və CAR-dan uğurlu start

Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

A qrupunun ikinci oyununda Mali və Zambiya yığmaları üz-üzə gəliblər. Bu görüşdə qalib müəyyənləşməyib.

B qrupunda isə Cənubi Afrika Respublikası Anqolaya, Misir millisi isə Zimbabveyə oxşar hesabla (2:1) qalib gəlib.

Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
22 dekabr

A qrupu

Mali – Zambiya 1:1
Qollar: Sinayoko, 61 – Daka, 90+2.

B qrupu

Cənubi Afrika Respublikası – Anqola 2:1
Qollar: Appollis, 21. Foster, 79 – Şou, 35.

Misir – Zimbabve 2:1
Qollar: Marmuş, 64. Salah, 90+1 – Dube, 20.

Afrika Millətlər Kuboku Mərakeşin qələbəsi ilə başladı

Ötən gecə keçirilmiş bir oyunla Mərakeşdə təşkil edilmiş Afrika Millətlər Kubokunun (2025) final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, qitə birinciliyinin açılış görüşü turnirə ev sahibliyi edən Mərakeş yığması ilə Komor adaları arasında baş tutub.

A qrupunun oyunu meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Afrika Millətlər Kubokuna yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Afrika Millətlər Kuboku
A qrupu
21 dekabr

Mərakeş – Komor adaları 2:0
Qollar: B.Dias, 55. Əl-Kaabi, 74.

❌