Reading view

Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirildi

Milli Olimpiya Komitəsinin inzibati binasında 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında yüksək nəticələr əldə etmiş məktəblilərin təltifetmə mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Olimpiya mükafatçısı Zemfira Meftaxetdinova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, sektor əməkdaşları, Atletlər Komissiyasının üzvləri, Olimpiya mükafatçıları, yüksək nəticə göstərmiş məktəblilər və həmin məktəblərin direktorları iştirak ediblər.

Çıxış zamanı Çingiz Hüseynzadə məktəblilərin qazandıqları nailiyyətlərin Azərbaycan idmanının gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını, idmanın gənclərin sağlam həyat tərzinin formalaşması və vətənpərvərlik ruhunun güclənməsində xüsusi rol oynadığını vurğulayıb.

Anar Qədiməliyev isə məktəblilərin idmana marağının artırılmasında məktəbdənkənar fəaliyyətlərin və müəllimlərin rolunu xüsusi qeyd edib.

Tədbirin sonunda 2025-ci il üzrə respublika və beynəlxalq idman yarışlarında uğur əldə etmiş 30 nəfər məktəbliyə plaket və hədiyyələr təqdim olunub.

The post Milli Olimpiya Komitəsində təltifetmə mərasimi keçirildi appeared first on Komanda.az.

Gəncədə tanınmış güləşçilərin imza günləri keçirilir

Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.

Komanda.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası yeniyetmələr və gənclərdə bu idman növünə marağı artırmaq məqsədilə tanınmış, titullu güləşçilərin imza günlərini təşkil edir.

Yarış boyunca davam edəcək bu tədbirin ilk qonağı olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov olub. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti imzaladığı şəkilləri azyaşlı güləşçilərə və azarkeşlərə paylayıb, həmçinin onlarla öz təcrübəsini bölüşüb.

İmza günləri çərçivəsində Rafiq Hüseynov (4 fevral), Namiq Abdullayev (6 fevral), Hacı Əliyev (7 fevral), Mariya Stadnik (8 fevral) və Rəsul Çunayev (9 fevral) də tədbirin iştirakçısı olacaq.

The post Gəncədə tanınmış güləşçilərin imza günləri keçirilir appeared first on Komanda.az.

Azərbaycan çempionatına start verildi

Bu gün Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatına start verilib.

Komanda.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşində 55, 63, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

55 kq
Nicat İsgəndərli (Sumqayıt, “Neftçi”) – Emin Cavadlı (AHİTA)

63 kq
Tural Əhmədov (AHİTA) – Əmrah Əmrahov (Masallı)

72 kq
Yusif Əhmədli (DİN, Sabirabad) – Kamran Rəcəbli (Neftçi)

82 kq
Nicat Yeylaqaliyev (Abşeron, DİN) – Zaur Hüseynli (Abşeron)

97 kq
Mahir Qurbanlı (Neftçi) – Rihad İbrahimli (Sumqayıt, “Neftçi”)

The post Azərbaycan çempionatına start verildi appeared first on Komanda.az.

Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb.

Mərasimin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə şəhər icra başçısının müavini Adil Tağıyev, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev çıxış edib. Çıxışlar zamanı Gəncə şəhərində güləşin inkişafı istiqamətində atdığı addımlardan, Nizami yurdunun son zamanlar müntəzəm şəkildə müxtəlif yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsi və bu yarışların yüksək səviyyədə təşkil edilməsi xüsusi vurğulanıb. Azərbaycan çempionatlarının UWW yarış formatına uyğun keçirilməsinin güləşçilərimizin həm beynəlxalq yarışlara uyğunlaşması, həm də potensiallarını tam şəkildə nümayiş etdirmələri üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Açılışın rəsmi hissəsindən sonra “Talant şou” rəqs qrupunun ifasına yer verilib. Bu maraqlı şou proqram Nizami Gəncəvinin kəlamları ilə başlayıb, milli rəqslə davam edib və xalqımızın döyüşçü və pəhləvan ruhunu əks etdirən səhnələrlə yekunlaşıb.

Gəncə güləş məktəbinin yetirməsi, olimpiya çempionu Toğrul Əsgərovun azarkeşlərə ünvanladığı video müraciətlə açılış mərasiminə yekun vurulub.

Xatırladaq ki, U-20 Azərbaycan çempionatı fevralın 7-dək davam edəcək.

The post Azərbaycan çempionatının açılış mərasimi keçirilib appeared first on Komanda.az.

Azərbaycanlı hakim Səudiyyə Ərəbistanı çempionatına təyinat aldı

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.

Futbolpress.az xəbər verir ki, beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək. Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.

Azərbaycanlı hakim Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq

Azərbaycanlı boks hakimi Fərhad Rəhmanov Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq.

Bu barədə Komanda.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.

Beynəlxalq dərəcəli referi bununla bağlı yerli federasiyadan xüsusi dəvət alıb.

Rəhmanov məktəblilər, yeniyetmələr və gənclər arasında ölkə çempionatında neytral hakim funksiyasını yerinə yetirəcək.

Ər-Riyadda keçiriləcək yarış fevralın 4-də başlayacaq və 4 gün davam edəcək.

The post Azərbaycanlı hakim Səudiyyə Ərəbistanı çempionatında ədaləti qoruyacaq appeared first on Komanda.az.

Həndbol: Azərbaycan çempionatında 5-ci turun oyunları keçirildi

Həndbol üzrə Azərbaycan çempionatında 5-ci turun oyunları baş tutub.

Bu barədə Komanda.az-a Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

Qadınların mübarizəsində “Qarabağ” “Bakı”nı (42:20), “Azəryol” isə “İdman Akademiyası”nı (48:21) üstələyib.

Kişilərin yarışında “Dinamo” “Azəryol”a (32:29), “Qarabağ” “Təhsil”ə (36:21), “Bakı” isə “Kür”ə (28:25) qalib gəlib.

The post Həndbol: Azərbaycan çempionatında 5-ci turun oyunları keçirildi appeared first on Komanda.az.

Millinin hazırlığı başladı

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Futbolpress.az xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu yığma hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.

Millidə yeni məşqçilər

Azərbaycan Cüdo Federasiyası (ACF) istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib.

Futbolpress.az xəbər verir ki, qərara əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət yığma komandanın, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığma komandanın məşqçisi vəzifəsinə təyin edilib.

Hər iki mütəxəssis aktiv idmançı karyerasını başa vurduqdan sonra Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə peşəkar bilik və bacarıqlarını artırıb, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasını (IJF Academy) uğurla tamamlayıb.
Orxan Səfərov həmçinin Yaponiyanın Tokai Universitetində bir aylıq məşqçi hazırlıq proqramında iştirak edərək müasir məşq metodologiyaları üzrə praktiki təcrübə qazanıb. Hal-hazırda da BCF Akademiyasında 2-ci səviyyə məşqçilik kursunda təhsil alır. Paralel olaraq ACF-də təhsil eksperti kimi fəaliyyət göstərir, yerli məşqçilər və idmançıların peşəkar inkişafına töhfə verir. Azərbaycan İdman Akademiyasında tədris prosesində iştirak edir, nəzəri və praktiki dərslər aparır.

Tərlan Kərimov ölkədə idmanın təbliği, gənclərin və uşaqların sağlam həyat tərzinə cəlb olunması və idmana inteqrasiyası istiqamətində aktiv fəaliyyət göstərir. Azərbaycan Cüdo Federasiyasının ölkə məşqçilərinin peşəkar inkişafı ilə əlaqədar təhsil fəaliyyətlərində aktiv iştirak edir.

Qeyd edək ki, hər iki məşqçi “İstedadların seçimi” turnirlərində fərqlənərək “Gələcəyin ümidləri” təlim proqramına seçilmiş yeniyetmə cüdoçularla çalışacaq, onların texniki-taktiki bacarıqlarının və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli fəaliyyət göstərəcək.

Nuruşov cavabını nokautla verdi – VİDEO

Azərbaycan MMA döyüşçüsü Məhəmmədəli Nuruşov növbəti görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, o, Özbəkistanda “Octagon 84” turundən yerli döyüşdü Şahzod Uzoqovla qarşılaşıb. Nuruşov rəqibini nokautla məğlub edib.

Azərbaycanlı döyüşçü peşəkar karyerasında ikinci qələbəsini qazanıb.

Görüşdən öncə özbəksitanlı idmançı Nuruşovun üzərinə ani qışqıraraq, onu diksindirib. Daha sonra onu qıcıqlandıran hərəkətlər edən özbəkin döyüşdə nokautla məğlub olması sosial mediada geniş yayılıb.

Belçikada daha 4 medal

Belçikada keçirilən cüdo üzrə beynəlxalq açıq turnir yekunlaşıb.

Komanda.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan cüdoçuları aktivlərinə daha 4 medal yazdırıblar.

Vise şəhərində baş tutan kişilərin mübarizəsində Yaşar Nəcəfov (-66 kq) tatamiyə çıxdığı bütün görüşlərdən qalib ayrılaraq qızıl medal əldə edib. Eyni çəki dərəcəsində Tofiq Məmmədov (-66 kq) bürünc mükafata layiq görülüb. Cəsur İbadlı (-81 kq) da üçüncü yeri tutub. Herstal şəhərində təşkil olunan qadınların yarışında isə Gültac Məmmədəliyeva (-52 kq) bürünc medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi turniri 3 qızıl, 2 gümüş və 6 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub.

İlk yarış günündə Murad Muradlı (-60 kq), Camal Feyziyev (+100 kq) qızıl, Əbil Yusubov (-73 kq), Zelim Tçkayev (-90 kq) gümüş, Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) bürünc medal qazanmışdı.

The post Belçikada daha 4 medal appeared first on Komanda.az.

“Neftçi” NTD-yə qalib gəldi

Azərbaycan Basketbol Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun sonuncu matçında “Neftçi” NTD-ni məğlub edib – 98:82.

Günün ilk qarşılaşmasında “Gəncə” “Şəki”ni üstələyib – 95:80.

15-ci turda “Ordu” “Lənkəran”ı (103:63), “Naxçıvan” “Quba”nı (82:70), “Sərhədçi” “Sumqayıt”ı (98:94), “Sabah” “Abşeron Lions”u (117:96) məğlub edib.

The post “Neftçi” NTD-yə qalib gəldi appeared first on Komanda.az.

“Heç kimi icarəyə verməyə hazırlaşmırıq” – Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 4:0 hesablı qələbədən sonra bunları söyləyib:

“Yoldaşlıq matçlarındakı gözəl oynamışdıq, məhz bu gün oynadığımız matç kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçularrın hər biri bugünkü kimi oynamasını çatdırım. O zaman mən də sakit, səbirli olacağam.

Freddi Varqasın zədəsinin nə dərəcədə ciddi olduğunu dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. Ümid etmək istəyirəm ki, hər şey yaxşı olacaq.

Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacağam. “Qəbələ”yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik.

“Qəbələ”yə böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən “Neftçi”nin udmasını istəyirəm. “Qəbələ”nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq.

Andrey Ştoqrin oyunun gedişində dizindən zərbə aldı. Ona afərin ki, o cür vəziyyətdə olsa da, oynadı. Fiziki duruma gəldikdə, rahat şəkildə 120-130 dəqiqə qaça bilər. Özü əvəzetmə istədi. Hesab da bizə imkan verirdi ki, dəyişikliyə gedək. Eyni məsələ Murada da aiddir. 22 oyunçum var, hamısı oynamaq istəyir. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar”.

The post “Heç kimi icarəyə verməyə hazırlaşmırıq” – Vernidub appeared first on Komanda.az.

92 min manatlıq çempionatda 46 şahmatçı yarışacaq

Kişi və qadınlar arasında keçiriləcək Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq.

Bu barədə Komanda.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Turnir 6-22 fevral aralığında təşkil olunacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq.

Çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında təşkil olunacaq.

Ötən il olduğu kimi bu ildə Azərbaycan çempionatında ölkənin əksər şahmatçıları mübarizə aparacaq. Kişilərin yarışında çempionluq uğrunda rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın heyətində qitə çempionatının qalibi Eltac Səfərli, qadınların mübarizəsində isə son ölkə çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digərləri mübarizə aparacaq.

Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Azərbaycan çempionatının açılış mərasimi fevralın 6-da keçiriləcək.

The post 92 min manatlıq çempionatda 46 şahmatçı yarışacaq appeared first on Komanda.az.

“Gəncə” “Şəki”ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında 15-ci turun daha bir oyunu keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk matçında “Gəncə” “Şəki”ni qəbul edib. A qrupunun qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 95:80.

Günün ikinci görüşündə “Neftçi” NTD ilə üz-üzə gələcək.

14-ci turda “Ordu” “Lənkəran”ı (103:63), “Naxçıvan” “Quba”nı (82:70), “Sərhədçi” “Sumqayıt”ı (98:94), “Sabah” “Abşeron Lions”u (117:96) məğlub edib.

The post “Gəncə” “Şəki”ni məğlub etdi appeared first on Komanda.az.

Azərbaycan klubundan yeni transfer

NTD klubu yeni basketbolçu ilə anlaşıb.

Bu barədə Komanda.az-a Bakı təmsilçisindən məlumat verilib.

Zeyn Nouls mövsümün sonuna kimi komandada çıxış edəcək.

Baham adalarından olan 34 yaşlı oyunçu mərkəz hücumçusu mövqeyində çıxış edir. Zeyn Nouls son olaraq Türkiyənin “Cedi Osman” klubunun şərəfini qoruyub.

The post Azərbaycan klubundan yeni transfer appeared first on Komanda.az.

Quluzadə Tunisə yollandı

Stolüstü tennisçi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq.

Futbolpress.az xəbər verir ki, seçmə komandanın üzvü, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yola düşüb. Quluzadə, fevralın 2-dən 5-dək Tunisin eyni adlı paytaxtında keçiriləcək “WTT Youth Contender Tunis 2026”, fevralın 6-dan 8-dək isə “WTT Youth Star Contender Tunis 2026” yarışlarında bacarığını göstərəcək.

Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.

❌