Reading view

PSJ onu “Real”a satmayacaq

PSJ “Real”ın marağına baxmayaraq, yarımmüdafiəçisi Vitinyanı satmayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun prezidenti Nasser Əl-Xələfi portuqaliyalı oyunçunu komandanın əsas fiquru kimi görür, o, əvəzsizdir.

Daha əvvəl “Real”ın yarımmüdafiəçinin transferini nəzərdən keçirdiyi, lakin PSJ ilə danışıqlarda çətinliklərin yarana biləcəyini başa düşdüyü bildirilib.

Vitinya 2022-ci ilin yayında “Portu”dan Paris klubuna transfer olunub. 25 yaşlı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

The post PSJ onu “Real”a satmayacaq appeared first on Komanda.az.

Pedro Fernandes “Barsa”nı PSJ-yə dəyişdi

İspaniya çempionu “Barselona”nın 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Pedro Fernandes Fransa nəhəngi PSJ-yə qoşulub.

Arena.az xəbər verir ki, Paris təmsilçisi bu transferi 8,2 milyon avroya rəsmiləşdirib.

İspan futbolçu yeni klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə bağlayıb.

“Barselona”nın baş məşqçisi Hansi Flik müvafiq keçidi şərh edib:

“Əslində, bu barədə çox da danışmaq istəmirəm. “Dro”nu çox bəyənirəm, amma, əlbəttə, pərişanam”, deyə Flik vurğulayıb

Flik “blauqrana”nın heyəti haqda qənaətini də açıqlayıb:

“Əlbəttə, heyətimizdən məmnunam. Zədəli oyunçularımız isə tezliklə sıraya qayıdacaqlar”.

Xatırladaq ki, Dro Fernandes kimi tanınmış Pedro Fernandes Sarmiento “Barselona”nın yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında 5 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Dro İspaniyanın U-15, U-16 və U-17 yığmalarında çıxış edib, hazırda isə U-18-ə dəvət alır.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xviça Kvaratsxeliya ÇL matçında ağır zədə aldı

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Nyukasl”a qarşı keçirdikləri matçda ağır zədə alıb.

Arena.az xəbər verir ki, ÇL-in Liqa mərhələsinin 8-ci turunun oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu matçın ilk hissəsində meydanın mərkəzində qonaqların hücumçusu Entoni Elanqa təhlükəli şəkildə topa müdaxilə edərək gürcü futbolçunun topuğunu sıxıb. İsveçli futbolçu bu kobudluğa görə yalnız sarı vərəqə ilə cəzalandırılıb. Kvaratsxeliya isə aır zədəyə görə meydanı erkən tərk edib. Onun yerinə Dezire Due meydana buraxılıb.

Matçdan sonra keçirilmiş mətbuat konfransında PSJ-nin baş məşqçisi Luis Enrike Kvaratsxeliyanın zədəsinin ciddi olduğunu söyləyib. Amma o, yalnız tibbi müəyinədən sonra futbolçunun yekun durumu barədə məlumat verə biləcəklərini söyləyib.

Xatırladaq ki, PSJ və ya “Nyukasl” (İngiltərə) ÇL-in pley-off mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Mərhələnin püşkü sabah atılacaq.

PSJ Kvaratsxeliyanı 2025-ci il yanvarın 17-də heyətinə qatıb. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən 70 milyon avro məbləğ müqabilində keçib.

Xviça indiyə qədər PSJ-nin heyətində 59 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə müəllifi olub.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi”, “Dinamo” (Tiflis) və “Napoli” komandalarında oynayıb. O, Neapol klubu ilə İtaliya çempionu olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 47 oyuna 20 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 24 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Luis Enrike ÇL-in pley-offunda “Qarabağ”a rəqib olmaq istəyir

Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində “Qarabağ”la qarşılaşmağı arzulayır.

Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Luis Enrike qrup mərhələsinin çətinliyini vurğulayaraq, “Monako” və ya “Qarabağ”la oynamağa hazır olduqlarını bildirib:

“Bu mərhələni keçməyin nə qədər çətin olduğunu bizdən yaxşı bilən komanda yoxdur. Ümid edirəm ki, rəqibimiz Fransa təmsilçisi olmaz. Çünki yerli komandalara qarşı oynamaqdan yorulmuşuq, başqa ölkəyə, “Qarabağ”la səfər oyununa getmək daha yaxşı olardı. Biz çətin səfər matçlarına öyrəşmişik və inanıram ki, orada da yaxşı anlar yaşayacağıq”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən “Qarabağ” pley-offda İngiltərənin “Nyukasl” və ya Fransanın PSJ komandası ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.

“Qarabağ” üçün “Nyukasl” və ya PSJ

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ”ın rəqibinin müəyyənləşəcəyi vaxt bəllidir.

Arena.az xəbər verir ki, ÇL-in pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Azərbaycan çempionu bu mərhələnin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer alacaq. Buna səbəb Ağdam təmsilçinsinin 22-ci yeri tutmasıdır.

Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutmuş “Monako” və “Qarabağ” “səpələnmişlər” səbətinə düşmüş 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Bu o deməkdir ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi ya 11-ci yeri tutmuş PSJ (Fransa) və ya 12-ci olmuş “Nyukasl” (İngiltərə) olacaq.

Azərbaycan çempionu pley-offa mərhələsində ilk matçını Bakıda, cavab oyununu səfərdə keçirəcək.

Bu mərhələnin görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək.

❌