Reading view

Avroliqa: “Fənərbağça” İngiltərə klubuna rəqib oldu

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında təşkil edilmiş tədbirdə Türkiyə təmsilçisi “Fənərbağça”nın da rəqibi müəyyənləşib.

Püşkatmada Liqa mərhələsini 9-cu və 24-cü yerlər arasında başa vurmuş komandalar iştirak ediblər. İlk 8 yeri tutmuş klublar birbaşa 1/8 finala vəsiqə qazandıqları üçün bu mərhələdən azaddırlar.

Pley-off mərhələsində aşağıdakı cütlüklərin mübarizəsinə şahidlik edəcəyik:

Fənərbağça (Türkiyə) – Nottingem Forest (İngiltərə)
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan)
Dinamo (Zaqreb, Xorvatiya) – Genk (Belçika)
Seltik (Şotlandiya) – Ştutqart (Almaniya)
Brann (Norveç) – Bolonya (İtaliya)
Panatinaikos (Yunanıstan) – Viktoriya (Plzen, Çexiya)
PAOK (Yunanıstan) – Selta (İspaniya)
Lill (Fransa) – Srvena Zvezda (Serbiya)

Qeyd edək ki, Avroliqada pley-off mərhələsinin matçları fevralın 19-da və 26-da keçiriləcək.

Avroliqa: 2025/26 mövsümünün Liqa mərhələsi yekunlaşdı

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin sonuncu – 8-ci turunun bütün oyunları eyni saatda başlayıb.

Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Rumıniyanın “Styaua” komandasının qonağı olub. İtaliyanın “Roma” kollektivi isə Yunanıstanda “Panatinaikos”la qarşılaşıb. Hər iki görüşdə oxşar nəticə (1:1) qeydə alınıb.

Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur
30 yanvar

Genk (Belçika) – Malmö (İsveç) 2:1
Qo Ehed İqlz (Niderland) – Braqa (Portuqaliya) 0:0
Panatinaikos (Yunanıstan) – Roma (İtaliya) 1:1
Ştutqart (Almaniya) – Yanq Boyz (İsveçrə) 3:2
Styaua (Rumıniya) – Fənərbağça (Türkiyə) 1:1
Şturm (Avstriya) – Brann (Norveç) 1:0
Nottingem Forest (İngiltərə) – Ferentsvaroş (Macarıstan) 4:0
Ludoqorets (Bolqarıstan) – Nitsa (Fransa) 1:0
Midtyulland (Danimarka) – Dinamo (Zaqreb, Xorvatiya) 2:0
Bazel (İsveçrə) – Viktoriya (Plzen, Çexiya) 0:1
Makkabi (Təl-Əviv, İsrail) – Bolonya (İtaliya) 0:3
Seltik (Şotlandiya) – Utrext (Niderland) 4:2
Olimpik (Lion, Fransa) – PAOK (Yunanıstan) 4:2
Srvena Zvezda (Serbiya) – Selta (İspaniya) 1:1
Aston Villa (İngiltərə) – Zalsburq (Avstriya) 3:2
Betis (İspaniya) – Feyenoord (Niderland) 2:1
Lill (Fransa) – Frayburq (Almaniya) 1:0
Portu (Portuqaliya) – Reyncers (Şotlandiya) 3:1

Bu nəticələrdən sonra 21 xal toplamış “Olimpik” (Lion) və “Aston Villa”, 19 xala malik “Midtyulland”, 17 xalı olan “Betis”, “Portu”, “Braqa” və “Frayburq”, eləcə də 16 xalla “Roma” ilk “8-lik”də yer alaraq 1/8 finala birbaşa vəsiqə qazanıblar.

“Genk” (16), “Bolonya” (15), “Ştutqart” (15), “Ferentsvaroş” (15), “Nottingem Forest” (14), “Viktoriya” (14), “Srvena Zvezda” (14), “Selta” (13), PAOK (12), “Lill” (12), “Fənərbağça” (12), “Panatinaikos” (12), “Seltik” (11), “Ludoqorets” (10), Zaqreb “Dinamo”su (10) və “Brann” (9) 1/8 finala vəsiqə uğrunda pley-offda iştirak hüququ qazanıblar.

“Yanq Boyz”, “Şturm Qraz”, “Styaua”, “Qou Ehed İqlz”, “Feyenoord”, “Bazel”, “Zalsburq”, “Reyncers”, “Nitsa”, “Utrext”, “Malmö” və “Makkabi” isə Avroliqa ilə vidalaşıblar.

Avroliqa: Liqa mərhələsinə yekun vurulur

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin sonuncu – 8-ci turunun bütün oyunları eyni saatda başlayacaq.

Türkiyə təmsilçisi “Fənərbağça” səfərdə Rumıniyanın “Styaua” komandasının qonağı olacaq. İtaliyanın “Roma” kollektivi isə Yunanıstanda “Panatinaikos”la qarşılaşacaq.

Avropa Liqası
Liqa mərhələsi, 8-ci tur

30 yanvar

00:00. Genk (Belçika) – Malmö (İsveç)
00:00. Qo Ehed İqlz (Niderland) – Braqa (Portuqaliya)
00:00. Panatinaikos (Yunanıstan) – Roma (İtaliya)
00:00. Ştutqart (Almaniya) – Yanq Boyz (İsveçrə)
00:00. Styaua (Rumıniya) – Fənərbağça (Türkiyə)
00:00. Şturm (Avstriya) – Brann (Norveç)
00:00. Nottingem Forest (İngiltərə) – Ferentsvaroş (Macarıstan)
00:00. Ludoqorets (Bolqarıstan) – Nitsa (Fransa)
00:00. Midtyulland (Danimarka) – Dinamo (Zaqreb, Xorvatiya)
00:00. Bazel (İsveçrə) – Viktoriya (Plzen, Çexiya)
00:00. Makkabi (Təl-Əviv, İsrail) – Bolonya (İtaliya)
00:00. Seltik (Şotlandiya) – Utrext (Niderland)
00:00. Olimpik (Lion, Fransa) – PAOK (Yunanıstan)
00:00. Srvena Zvezda (Serbiya) – Selta (İspaniya)
00:00. Aston Villa (İngiltərə) – Zalsburq (Avstriya)
00:00. Betis (İspaniya) – Feyenoord (Niderland)
00:00. Lill (Fransa) – Frayburq (Almaniya)
00:00. Portu (Portuqaliya) – Reyncers (Şotlandiya)

Elçin Məsiyev “Midtyulland” – “Dinamo” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Avropa Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Elçin Məsiyev Avroliqanın Liqa mərhələsinin 8-ci turu çərçivəsində Danimarkada yerli “Midtyulland” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları arasında keçiriləcək oyunu idarə edəcək. Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Xatırladaq ki, “Midtyulland” – “Dinamo” qarşılaşmasına yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Danimarka təmsilçisi Avroliqanın Liqa mərhələsinin 7 turundan sonra 16 xalla 4-cü pillədə qərarlaşıb. Xorvatiya nəhəngi isə 10 xalla 20-ci sıradadır.

Mehdiyeva “Panatinaikos” – “Roma” oyununa təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva Avropa Liqasının Liqa mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Könül Mehdiyeva Avropa Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” (Yunanıstan) – “Roma” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Sözügedən görüş yanvarın 29-da Afina şəhərində yerləşən Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xatırladaq ki, “Roma” Avroliqanın Liqa mərhələsinin geridə qalmış 7 turundan sonra 15 xalla 6-cı pillədə qərarlaşıb. İtaliya təmsilçisi keçirdiyi 7 oyunda 5 qələbə qazanıb, 2 məğlubiyyətlə üzləşib.

“Panatinaikos” isə 11 xalla 19-cudur. Yunanlar 7 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüblər.

❌