Elçin Məsiyev “Genk” – “Betis” oyununa təyinat aldı
Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Avropa Liqasının 2025/26 mövsümünün Liqa mərhələsinin 3-cü turunun oyununa təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Məsiyev Avropa Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) – “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona bu oyunda yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Genk” – “Betis” oyunu oktyabrın 23-də Belçikanın Genk şəhərinin eyni adlı stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
The post Elçin Məsiyev “Genk” – “Betis” oyununa təyinat aldı appeared first on ARENA.AZ.