Reading view

Yorgen Larsen “Kristal Pelas”a, Adam Armstronq “Vulverhempton”a

İngiltərənin “Vulverhempton” klubunun mərkəz hücumçusu Yorgen Larsen bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Kristal Pelas”ın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, sözügedən klub tarixinin ən bahalı futbolçu transferini gerçəkləşdirib. 25 yaşlı norveçli hücumçu ilə 4,5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. “Kristal Pelas” bu keçidə görə “Vulverhempton”a 49,7 milyon avro ödəyib.

Tam adı Yorgen Strand Larsen olan norveçli hücumçu “Sarpsborq”un yetirməsidir. O, “Qroningen”, “Selta” kimi klublarda da çıxış edib. “Vulverhempton” hücumçunu 2025-ci ilin yayında 27 milyon avroya “Selta”dan transfer etmişdi. Bundan əvvəl isə o, “canavarlar”ın heyətində icarə əsasında çıxış edirdi. Larsen Premyer Liqa təmsilçisinin heyətində 64 oyun keçirib, 20 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Yorgen Larsen 2020-ci ildə debüt etdiyi əsas millidə 24 oyun keçirib, 4 qol vurub.

Larseni satmış “Vulverhempton” da heyətini yeni hücumçu ilə gücləndirib. Sözügedən klub Çempionşipdə çıxış edən “Sauthempton”un forvardı Adam Armstronqu sıralarına cəlb edib.

28 yaşlı ingilis futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Bu keçid Premyer Liqa kollektivinə 7 milyon funt sterlinqə başa gəlib.

Armstronq cari mövsümdə Çempionşipdə ən məhsuldar futbolçular sırasında yer alır. O, 29 oyunda 11 qol (1-i penaltidən olmaqla) vuraraq daha iki futbolçu ilə birlikdə bombardirlər siyahısında üçüncü pillədə yer alıb.

Adam Armstronq karyerası ərzində “Nyukasl”, “Koventri Siti”, “Barnsli”, “Bolton Uonderers”, “Bləkbörn”, “Vest Bromviç” kimi klubların da şərəfini qoruyub. O, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Premyer Liqa klubundan rekord transfer

İngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Yorgen Strann Larseni transfer edib. BU barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kristal Pelas” Larsen üçün 43 milyon funt-sterlinq ödəyəcək. Bu, klub tarixinin rekord məbləğli transferidir.

Evann Gessan “Aston Villa”nı “Kristal Pelas”a dəyişdi

“Aston Villa”nın 24 yaşlı ivuarlı mərkəz hücumçusu Evann Gessan bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Kristal Pelas”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Sözügedən klub futbolçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Transferin maliyyə detalları açıqlanmayıb.

Xatırladaq ki, “Aston Villa” Gessanı 2025-ci ilin yayında “Nitsa”dan (Fransa) 30 milyon avro müqabilində tamhüquqlu əsasda “şirlər”in heyətinə qatmışdı. O, sözügedən komandanın heyətində 21 oyuna çıxıb və cəmi 2 qolla yadda qalıb.

Evann Gessan “Nitsa”nın məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Lozanna” (icarə) və “Nant”da (icarə) çıxış edib.

Evann Gessan 2024-cü ilin iyun ayında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 19 oyuna 3 qolla fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı ivuarlı mərkəz hücumçusunun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

❌