Reading view

Avrokuboklara iddiaçıların kubok duelləri

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək. İlk oyun günündə “Sumqayıt” “Zirə”ni, “Sabah” isə “Qəbələ”ni qəbul edəcək.

17:00 Sumqayıt – Zirə

Premyer Liqada avrokuboklara vəsiqə mübarizəsi aparan komandalar bu dəfə kubokda üz-üzə gələcəklər. Bu mövsüm Saşa İliçin rəhbərliyi altında yaxşı nəticələrlə seçilən “Sumqayıt” üçün avrokuboklara vəsiqəni kubok yolu ilə qazanmaq daha uyğundur. “Kimyaçılar” liqada dördüncü sırada olmasına baxmayaraq, bəzən heyətlə bağlı problemlər, bəzən oyunların alınmaması xal itkilərinə səbəb olur. “Sumqayıt” üçün kubok yolu daha asan görünür. Nəticəyə oynamağı bacaran “kimyaçılar” azı final oynamaq arzusundadır. Həlledici görüşdə isə hər şeyin mümkünlüyü klubu daha iştahlandırır.

“Zirə” Premyer Liqada ikinci dövrəyə uğurlu başlamayıb. “Neftçi” səfərindən bir xalla dönən “qartallar” son turda “Sabah”a 1:3 hesabıyla uduzub. “Zirə” məğlubiyyəti unutdurmaqçün kubokda yaxşı nəticəyə ümid edir. Rəşad Sadıqovun komandası kubokda finallar oynayıb və daha təcrübəlidir. Cütün duelində “qartallar” bir addım öndə görünür.

19:30 Sabah – Qəbələ

Premyer Liqada son turların ən formada iki komandasının dueli olacaq. “Sabah” çempionatda ardıcıl 7 oyundur, qələbə qazanıb. Ümumilikdə son 16 matçda məğlub olmayan “bayquşlar” həm liqada, həm kubokda mükafatçılardan olmaq arzusundadır. Sıx qrafikə baxmayaraq, kubok görüşü komandanın oyun ritmindən qopmaması üçün daha əlverişlidir.

“Qəbələ” isə liqada son sıralardan qurtulmağı bacarıb. Kaxaber Sxadadzenin komandası son iki turda qazandığı inamlı qələbələrlə autsayderlə fərqi böyüdüb və indi daha rahatdır. “Qəbələ” ölkə kubokunun titullu komandalarındandır. Sxadadze liqada son sıralarda olmalarına baxmayaraq, kubokda final oynamaq niyyətindədir.

Şahin Cəfərov

Futzal: Azərbaycan kubokunun püşkü atıldı

Futzal üzrə Azərbaycan kubokunun püşkü atılıb.

Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 30-cü dəfə təşkil olunacaq kubok uğrunda 6-sı Yüksək, 10-u Birinci Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq.

Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaq.

1/8 final

U-19 – “Yeni Suraxanı”

“Lənkəran” – “Atletiko Baku”

“STAR kargo” – “Şuşa”

“Xan-Lənkəran” – “Dəstə Ordubad”

“Baku Fire” – “Araz-Naxçıvan”

“Neftçi” İK – “Trabzon Azərbaycan”

“Ulduz” – “Baku Fire-2”

“Timsport” – PFL

1/4 final

U-19 – “Yeni Suraxanı” / “Timsport” – PFL

“Lənkəran” – “Atletiko Baku” / “Ulduz” – “Baku Fire-2”

“STAR kargo” – “Şuşa” / “Neftçi” İK – “Trabzon Azərbaycan”

“Xan-Lənkəran” – “Dəstə Ordubad” / “Baku Fire” – “Araz-Naxçıvan”

Yarımfinal

U-19 – “Yeni Suraxanı” / “Timsport” – PFL // “Xan-Lənkəran” – “Dəstə Ordubad” / “Baku Fire” – “Araz-Naxçıvan”

“Lənkəran” – “Atletiko Baku” / “Ulduz” – “Baku Fire-2” // “STAR kargo” – “Şuşa” / “Neftçi” İK – “Trabzon Azərbaycan”

Fevralın 14-də startı veriləcək Azərbaycan kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında məlum olacaq.

The post Futzal: Azərbaycan kubokunun püşkü atıldı appeared first on Komanda.az.

❌