Reading view

Elanqa: “Qarabağ” qeyri-adi komandadır”

“Nyukasl”ın hücumçusu Antoni Elanqa UEFA Çempionlar Liqasının pley-offunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunlardan gözləntilərini paylaşıb.

Arena.az xəbər verir ki, İngiltərə və Azərbaycan təmsilçiləri arasındakı ilk qarşılaşma sabah Bakıda baş tutacaq.

Antoni Elanqa bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ” qeyri-adi komandadır, güclü kollektivi var. Bizim komandamız da güclüdür. Komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq. Sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. “Qarabağ”ın da ambisiyaları böyükdür. Çalışacağıq, bu səddi aşaq və bacardığımız qədər irəli gedək. “Qarabağ”ın “24-lük”də olması məni təəccübləndirmədi. Onların potensialını bilirik. “Kopenhagen” və “Çelsi” ilə matçları diqqətimizi çəkdi. Bilirik ki, asan olmayacaq. UEFA Çempionlar Liqasında asan rəqib yoxdur”.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu görüşə sabah saat 21:45-də start veriləcək.

“Qarabağ” qeyri-adi komandadır” – Elanqa

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” oyunundan əvvəl qonaq komandanın futbolçusu Entoni Elanqa jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə bunları dedi:

– Çempionlar Liqasında son qolunuz “Mançester Yunayted”in heyətində olub. Qol vurmalı olduğunuzu düşünürsünüz?
– Təzyiqlə bağlı düşünmürəm. Oyuna fokuslanmışam. Bizimçün əsas məsələ komandadır. Yaxşı vəziyyətdə olmalıyıq.

– Baş məşqçi sizə hansı dərəcədə kömək olur?
– Onunla danışırıq, çalışıram ki, sabit oynayıb. Məsləhətlərə qulaq asıram.

– “Qarabağ” haqda nə fikirləşirsiniz?
– “Qarabağ” qeyri-adi komandadır, güclü kollektivi var. Bizim də komandamız güclüdür. Komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq. Sabahkı oyuna fokuslanmışıq. Oyuna ciddi hazırlaşmışıq. “Qarabağ”ın da ambisiyaları böyükdür. Çalışacağıq, səddi aşaq və bacardığımız qədər irəli gedək.

– “Qarabağ”ın hansı oyununun nəticəsi diqqətinizi çəkib və onların “24-lüy”ə düşməsi sizi təəccübləndirmədi?
– Xeyr, təəccübləndirmədi. “Qarabağ”ı, potensialını bilirik. “Kopenhagen” və “Çelsi” ilə matçları diqqətimizi çəkdi. Bilirik ki, asan olmayacaq. Çempionlar Liqasında asan rəqib yoxdur.

– İsveç millisinin heyətində burda Azərbaycana qarşı oynamısan. Bəzi futbolçuları tanımağınız hansısa üstünlük verir?
– Həm hə, həm yox. Hər oyunun öz əhəmiyyəti var. Oyuna çıxanda hər şey eyni olmur. Taktiki gedişlər, üslub fərqlidir. Sabah imkan olacaq ki, mümkün qədər özümüzü göstərək.

Şahin Cəfərov

“Nyukasl”ın baş məşqçisi: “Qarabağ”ı ciddi araşdırmışıq”

Çempionlar Liqasının pley-off mərhələsində sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunundan öncə İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölşüdü…

– Hazırda heyətlə bağlı ciddi problemlərimiz yoxdur. Oyunçularımız yerindədir. Bakıya gözəl əhvalda gəlmişik. Son oyunlarda yaxşı nəticələr qazanırıq.

– “Qarabağ” iki İngiltərə komandasına qarşı oynayıb. “Çelsi” və “Liverpul”. Sizcə, bu matçlardan hansı sizə hazırlığa kömək oldu?
– “Qarabağ”ı ciddi araşdırmışıq. Hazırlıq üçün iki oyunu da təhlil etmişik. “Qarabağ” yaxşı oyun göstərir, texnikalı futbolçuları var. Maraqlı oyun olacaq. “Çelsi” ilə matç hər iki komanda üçün çətin idi. Bu oyuna da baxdıq. “Qarabağ”ın səviyyəsi ilə bağlı müəyyən məlumatlar aldıq.

– Bu oyunun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Hər şey bizim üçün vacibdir. Tarixə baxsaq, klubumuz üçün yeni imkan var. Son matçlarda yaxşı çıxış edirik. İrəli getmək istəyirik. Şansımızdan yaxşı istifadə etməyə çalışacağıq. Tarixi şansımız var, pley-offdayıq. Uzaq yoldan gəlmişik, azarkeşlərimiz də artıq burdadır. Burdan pozitiv şəkildə ayrılmaq istəyirik.

– Qarşıda “Mançester Siti” ilə matç var…
– Hazırda bu haqda düşünmürük. Onlara qarşı oyunumuz da çox çətin olacaq.

– Çətin təqviminiz var. Heyətdəki itkiləri də nəzərə alaraq, sabah ehtiyat oyunçulara şans verməyi düşünürsünüz?
– Bəli, çətin oyunlarımız var. Təqvimi nəzərə almışıq. Əlimizdən gələni edəcəyik ki, hər şeyi tənzimləyək.

– “Qarabağ”ın oyun üslubu Premyer Liqa komandalarınınkına bənzəyir?
– “Qarabağ”ın aqressiv oyunu var. Müqayisə etmək çətindir. Hər klubun özünəməxsus oyunu var.

– Hədəfləriniz nədir?
– Hədəflərimiz var, arzularımız böyükdür. Özümüzə inanırıq. Kollektiv olaraq məsələyə yanaşırıq. Hər şey qaydasındadır.

– Hansısa neqativ məqamlar var?
– Xeyr, səyahətimiz yaxşı keçdi. Yorğunluq yoxdur.

– “Qarabağ”da xüsusi diqqət etdiyiniz oyunçu var?
– Kimisə fərqləndirmək istəməzdim. Öz oyunumuzu oynayacağıq. Konret ad çəkmək istəmirəm. Bizim də texnikalı oyunçularımız var.

– “Nyukasl”a gəlişinizdən sonra komandada inkişaf var. Qurban Qurbanov da 17 ildir, “Qarabağ”ı çalışdırır. Onu araşdırmısınızmı, fikirləriniz necədir?
– Açığı, ciddi araşdırmam olmayıb. Bir komandada bu qədər uzun müddət qalırsansa, hörmətə layiqsən. Komandanı motivasiya etməsi, əlaqələri təqdir ediləcəkdir. Çempionlar Liqasında yaxşı nəticə göstəriblər. Özlərinə məxsus oyun üslubları var. Oyunlarına baxmaq maraq doğurur. Ona görə “Qarabağ”a qarşı oyun asan olmayacaq.

– “Nyukasl”ın “Qarabağ”dan transfer etmək istədiyi bir oyunçu ola bilər?
– Gözümüz açıqdır, diqqətli oluruq. İndi burda konkret nəsə demək istəməzdim. Baxdığımız, izlədiyimiz oyunçu yoxdur. “Qarabağ”ın heyəti yaxşıdır. “Liverpul”la oyun onlar üçün çətin oldu. Tam izlədiyimiz kimsə yoxdur. Cinahlarda yaxşı futbolçuları var.

Şahin Cəfərov

❌