Reading view

Zubir: “Nyukasl”a qarşı iki fərqli oyun keçirdik”

“Qarabağ”ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-offunda “Nyukasl”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Bakıdakı ilk oyunda 1:6 hesabıyla uduzmuş Azərbaycan çempionu səfərdə də 2:3 hesabıyla məğlub olaraq ÇL-lə vidalaşıb.

Zubir matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“İlk və cavab oyunu arasında fərqlər çox idi. Bu komandaya qarşı iki fərqli oyun keçirdik. Amma bu gün daha yaxşı futbol oynamaq və əsl “Qarabağ”ın əsl gücünü göstərmək istəyirdik. Hesab edirəm ki, buna nail olduq. Yaxşı çıxış etməyimiz, azarkeşlərimiz üçün çox önəmlidir. Yaxşı oyun nümayiş etdirdik və iki qol vurduq. İlk matçdakı böyükhesablı məğlubiyyətdən sonra bu, önəmli idi. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan toparlana bildik”.

Zubir: “Qarabağ”ın gücünü göstərmək istəyirdik”

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Çempionlar Liqasında “Nyukasl”a uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, kapitan 2:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İki fərqli oyun oldu. İlk matçda yaxşı çıxış etmədik. Lakin cavab oyununda futbol nümayiş etdirmək və “Qarabağ”ın gücünü göstərmək istəyirdik. Düşünürəm ki, bunu bacardıq”.

“Nyukasl” iki oyunun nəticəsinə görə (6:1, 3:2) “Qarabağ”ı üstələyib və 1/8 finala adlayıb.

❌